Huquqaz.com

Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir

06.05.2022
1.443
Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir

Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir

Budur, zəfərimizdən keçən qısa müddət ərzində artıq Qarabağ yenidən canlanır, evlər tikilir, qəsəbələr, şəhərlər salınır. İlklər sırasında Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcəkdir.

Azərbaycan dövləti təkbaşına Qarabağı qurub-yaratmaqdadır, kimsədən bir sent dəstək görmədən. Bu da dünyanın ədalətsizliyidir. Ermənistana işğalçı siyasətin qarşılığında yardım paketlərini qəbul edən çevrələr 30 il ərzində yüz milyardlarla zərər görmüş ölkəni Qarabağ xarabalıqları ilə baş-başa buraxıblar. Amma hədəf Böyük Qayıdışdır! Qarabağ Azərbaycan xalqının isti nəfəsi üçün çox darıxıb, elə hər bir Azərbaycan vətəndaşı da doğma yurd yerlərinin həsrətindədirlər, qonaq kimi gedib-gəlmək o niskili aradan qaldırmır. Ermənilər vaxtaşırı təxribatlar törətməklə hesab edirlər ki, azərbaycanlıların Qarabağa əbədilik qayıdışını əngəlləyə biləcəklər. Artıq “Ağıllı Ağalı”nı tikib-bitirməkdəyik, düşmən hələ də ağıllanmayıb. Cənab Prezidentin müjdəsi: “Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır”.

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəbliseyin direktoru 

Şərhlər

Şərh yazılmayıb.