Huquqaz.com

Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub

04.05.2022
1.517
Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub

Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub.


Azərbaycan öz müstəqilliyini əldə etdiyi ilk günlərdən ordu quruculuğu ilə bağlı mühüm qərarlar qəbul etməyə başladı. O zamanlar ordumuzda peşəkar zabit çatışmamazlığı, silah sürsat və texnika ilə bağlı ciddi problemlər vardı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə digər sahələrdə olduğu kimi ordumuzun inkişaf etdirilməsi də əsas prioritet məsələlərdən biri oldu. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların yetişdirilməsi üçün xüsusi məktəblər yaradıldı. Yüksək kadr potensialı ilə yanaşı maddi texniki bazanın inkişafı da diqqət mərkəzində saxlanıldı. Son 15 ildə Ali Baş Komandanımız cənab  İlham Əliyevin rəhbərliyi altında ordumuz sürətlə inkişaf etməyə başladı. Azərbaycanın hərbi büdcəsi ordumuzun ən yeni texnologiyalarla və döyüş texnikaları ilə təhciz olunmasına imkan verdi. Ordumuz modernləşdirildi, yenidən quruldu və ən yeni silahlarla təmin edildi. 27 sentyabr 2020-ci ildə başlamış olan Vətən müharibəsində ordumuz gücünü nəinki Ermənistana, hətta bütün dünyaya göstərdi. 30 illik Vətən həsrətinə, Qarabağ nisgilinə Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın “Dəmir yunruq” kimi birliyi hesabına son qoyduq. Azərbaycan bu qələbəni 3000 şəhidin qanı bahasına qazandı. Vətən müharibəsində canlarını Vətənə sipər edən, qanlarını qurban verərək bayrağımızı yüksəklərə qaldırmağa bütün Azərbaycan gəncləri tam hazır idi, təki torpaqlarımızı mənfur düşməndən azad edək.Torpaqlarımıız azad oldu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin qisası alındı. Dillərə dastan olan ordumuz dünya hərb tarixinə yeni səhifə açdı.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Ağayev Ceyhun

Şərhlər

Şərh yazılmayıb.