Huquqaz.com

“Putin mənim bu xahişimə cavab vermədi” – Papa

04.05.2022
2.171
“Putin mənim bu xahişimə cavab vermədi” – Papa

Katolik Kilsəsinin ruhani lideri Roma Papası Fransisk Ukraynadakı müharibəyə son qoymaq üçün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş təyin edilməsini xahiş etdiyini, lakin hələlik cavab almadığını açıqlayıb.

Hüquqaz.com xəbər verir ki, bu barədə İtaliyanın “Corriere Della Sera” qəzetinə danışan Papa, Rusiya işğalının üçüncü həftəsində Vatikandakı diplomatlar vasitəsilə Putinlə görüş tələb etdiyini bildirib.

“Hələ cavab almamışıq və bu barədə israrımız yoxdur. Proseslər davam edir”.

Bununla yanaşı jurnalistin “Ukraynanın paytaxtı Kiyevə gedəcəksinizmi?” sualına Roma Papası “Əvvəlcə Moskvada Putinlə görüşməliyəm” cavabını verib.

Ukrayna işğalının əvvəlində Romadakı Rusiya səfirliyini ziyarət edən 85 yaşlı Papa Fransisk “Qorxuram ki, Putin indi belə bir görüş keçirmək istəmir” deyib. Müharibə ilə bağlı pessimist olduğunu deyən Papa sülh üçün kifayət qədər iradə olmadığını düşündüyünü bildirib.

Papa həmçinin bildirib ki, Macarıstanın baş naziri Viktor Orban ona Putinin Rusiyada Qələbə bayramının qeyd edildiyi 9 mayda müharibəni bitirməyi planlaşdırdığını deyib.

Şərhlər

Şərh yazılmayıb.