Huquqaz.com

Rusiya üzrə mütəxəssis NATO-nun Avropa qüvvələri komandanı oldu

04.05.2022
2.901
Rusiya üzrə mütəxəssis NATO-nun Avropa qüvvələri komandanı oldu

ABŞ generalı Kristofer Kavoli NATO-nun Avropadakı qüvvələrinin yeni komandanı təyin edilib.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bunadək Kavoli Amerikanın Avropa və Afrikadakı quru qüvvələrinə komandanlıq edib.

O, yeni vəzifədə üç il işləmiş Tod Uoltersi əvəz edəcək.

Qeyd edək ki, hərbçi Yel Universitetində Rusiya və Şərqi Avropaşünaslıq üzrə magistr dərəcəsi alıb. O, rus, italyan və fransız dillərini mükəmməl bilir.

Şərhlər

Şərh yazılmayıb.