Huquqaz.com

Zərdabda “ŞUŞA ZİRVƏSİ” mövzusunda tədbir keçirilib-FOTO

28.04.2022
1.429
Zərdabda “ŞUŞA ZİRVƏSİ” mövzusunda tədbir keçirilib-FOTO
Zərdabda “ŞUŞA ZİRVƏSİ” mövzusunda tədbir keçirilib.
Xalqımızın 28 illik torpaq həsrəti Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi sayəsində 44 gün davam edən Vətən müharibəsi ilə sona çatdı. Doğma Qarabağımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Artıq doğma Qarabağımızda yenidənqurma və quruculuq işlərinə başlanılıb. Qarabağın baş tacı, mədəniyyət beşiyi, Qafqazın konservatoriyası, yüzlərlə dahi şəxsiyyətlər yetişdirmiş Şuşa şəhəri də işğaldan azad edildi və dövlət başçısının müvafiq sərəncamı ilə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi. Daha sonra 5 yanvar 2022-ci il tarixində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olundu.
Qanunla.Az xəbər verir ki,bu məqsədlə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəsliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il Tədbirlər Planına əsasən Mərkəz kollektivinin təşkilatçılığı ilə Şuşa ili ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir.
27 Aprel 2022-ci ildə Zərdab rayon Heydər Əliyev Mərkəzində “Şuşa zirvəsi” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə YAP-nın Zərdab rayon təşkilatının üzvləri, Qarabağ müharibəsi iştirakçıları və qazilər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Zərdab rayon Gənclər və İdaman idarəsinin əməkdaşları, mədəniyyət işçiləri, rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri,Zərdab rayon Peşı Liseyinin müəllim və tələbələri, Zərdab rayon heydər Əliyev Mərkəzinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları – Xanım İmanova və Nicat Əhmədzadə bildiriblər ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa İli” elan olunub. Qeyd edilib ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Keçən il ölkə Prezidenti tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül festivalı”, “Vaqif poeziya günləri” və s. keçirilmişdir.
Tədbirin aparıcıları çıxışlarına Qarabağın incisi, zəngin təbiət və mədəniyyəti ilə seçilən Şuşanın işğaldan azad edilməsi ilə bağlı dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə davam ediblər: “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq. 30 illik həsrətə son qoyulur”.
Tədbirdə çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova keçirilən tədbir haqqında məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə ölkəmizdə “Şuşa İli” elan edilib: “Zərdab rayon Heydər Əliyev Mərkəzi olaraq məqsədimiz Şuşa mədəniyyətinin və tarixinin təbliği üçün bir sıra mövzularda tədbirlər təşkil edib, həyata keçirməkdir. Mərkəz kollektivi tərəfindən təşkil olunub keçirilən tədbirlərin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı məlumatları böyüməkdə olan gənc nəslə və geniş auditoriyaya çatdırmaqdır”.
Tədbirdə çıxış edərək, Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin böyük rol oynadığını qeyd edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı S.Hüseynov bildirib ki, ötən yüzilliklərdən üzübəri müxtəlif sənət və peşə sahiblərinin, xüsusən görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub.
Tədbirdə Zərdab rayon 1 saylı məktəb-liseyin şagirdləri – Ayla Rəhimzadə, Aydan Paşayeva, Jalə Məmmədli, Nərgiz Şıxıyeva “Əziz Şuşa, sən azadsan!”, “Şuşa – Qarabağın döyünən ürəyi” mövzularında, bundan əlavə, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına, Şuşanın 270 illik yubileyinə həsr olunan “Ən yaxşı təqdimat” ilə çıxış ediblər.
Həmçinin 1 saylı məktəb-liseyin şagirdləri Günay Məmmədova və Əsmər Kərimli Şuşa haqqında yazılan yüzlərlə şeirlərdən nümunələr söyləyərək, bu poetik nümunələrdə əfsanəvi Cıdır düzün, Topxana meşəsini, Daşaltı çayını, Xəzinə qayasını, bir-birinə arxa olaraq baş-başa verən Bağrıqan, Kirs, Qırxqız dağlarını vəsf ediblər.
Zərdab rayon Uşaq İncəsənət məktəbinin rəqs qrupunun şağirdlərinin tədbirdə çıxışları isə öz möhtəşəmliyi ilə həm tariximizi səhifələdi, həm də rəqs sənətimizin zənginliyini nümayiş etdirdi.
image-dsc_0004
image-dsc_0009
image-dsc_0009
image-279240047_300558742256867_7212964247394074626_nimage-dsc_0019image-dsc_0009image-279133354_300558825590192_4474636335293725314_nimage-279276075_300558905590184_7620719219859838178_nimage-279342853_300559005590174_7843163758483239797_nimage-279210405_300559048923503_6759745969833756436_nimage-279104417_300559108923497_6543377035667760608_nimage-279139019_300559158923492_1434587917455122346_nimage-279104833_300559238923484_5544958525620314639_nimage-279210353_300559278923480_1654211493171685971_nimage-279117474_300559335590141_6187241428200443434_nimage-279283228_300559382256803_800214799116146683_nimage-279111512_300559418923466_2082968953995015252_nimage-279163139_300559465590128_4426069784022884287_nimage-279347979_300559528923455_7994320823598915463_nimage-279191491_300559568923451_2407759602272191143_nimage-279344867_300559642256777_2489044571600805286_nimage-279388944_300559692256772_7356911689646634733_n
image-279046724_1006514206638678_3307660772619976705_n
image-dsc_0006image-dsc_0012
image-279143624_1146380139484225_6303670690797354586_n
image-dsc_0015image-dsc_0018image-dsc_0021image-279367685_300559778923430_6856158696733962496_nimage-279196613_300559848923423_7649230664343979408_n
Şərhlər

Şərh yazılmayıb.