Huquqaz.com

Mehriban Əliyeva pravoslav icmasını təbrik etdi

24.04.2022
2.359
Mehriban Əliyeva pravoslav icmasını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Hüquqaz.com təbrikin mətnini təqdim edir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”

Şərhlər

Şərh yazılmayıb.