Huquqaz.com

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

23.04.2022
2.328
Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə qarşılıqlı fəaliyyətin geniş spektri, iki ölkə arasındakı münasibətləri intensivləşdirmək əzmində olunduğu bir daha nümayiş edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 20-də mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir: “Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni  və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir. Biz Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional  və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”. Cənab Prezidentin mətbuata bəyənatında  beynəlxalq təşkilatlarda iki ölkənin daima bir-birini dəsdəklədiyi vurğulanıb. Qeyd olunub ki, Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəsdəkləyir.

Qırğız  Respublikasının Prezidenti Sadır Japarov isə mətbuata bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışarkən  qeyd etdi ki, Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb. Bütövlükdə, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında  qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Şərhlər

Şərh yazılmayıb.