Huquqaz.com

Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix

23.04.2022
1.713
Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix

Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix.

2022 ci il aprelin 20-si Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında görüş keçirilmiş, Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında xüsusi əhəmiyyətə malik Memorandum imzalanmışdır.Görüş zamanı toxunulan əsas məqamlardan biri xalqları birləşdirən ortaq mədəni irsimiz,ortaq tariximiz və mədəni köklərimiz idi.Türk dövlətləri arasında yaranan bu yeni münasibət yeni dövrün dövlətlərarası münasibətinə bir nümunə sayıla bilər.Hər iki dövlət arasında mədəniyyət xadimləri müntəzəm söhbətlər aparıb,görüşlər keçirir və hər iki xalqın arasındakı dostluğu biraz daha möhkəmləndirir.

Dünyadakı  bu mürəkkəb dövrdə doğru strateji addımlar atıb,qərarlar qəbul edən güclü liderlər tələb olunur. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin atdığı addımlar,qəbul etdiyi qərarlar ölkəmizin daha da iqtisadi azadlığına, liberallaşmasına,çiçəklənməsinə gətirib çıxarır.

 

Otmanoba kənd ümumi orta məktəbin müəllimi -İsmayılova Cəmalə.

Şərhlər

Şərh yazılmayıb.