Huquqaz.com

Dövlət Komitəsində könüllülər üçün “İnsan mühəndisliyi” mövzusunda təlim keçirilib – FOTOLAR

22.04.2022
1.126
Dövlət Komitəsində könüllülər üçün “İnsan mühəndisliyi” mövzusunda təlim keçirilib – FOTOLAR

Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov tərəfindən könüllülər üçün “İnsan mühəndisliyi” mövzusunda təlim keçirilib.

Hüquqaz.com  xəbər verir ki, təlimin məqsədi gənclərin şəxsi inkişafında psixoloji aspektlərin rolu, gələcək karyeralarında uğurlu seçimlərin müəyyən edilməsi olub. Təlim zamanı gənclərlə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktiki biliklərini artırmaq, onların potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Dövlət Komitəsində könüllülük proqramı çərçivəsində görüşlər davam edəcək.

 

Şərhlər

Şərh yazılmayıb.