17 region gəncinin iştirakı ilə “Vətənpərvər Gənclik Düşərgəsi” həyata keçirildi-FOTO
“Gəncliyə Dəstək” İB-nin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qalib dövlətin vətənpərvər gəncləri” adlı layihəsi çərçivəsində 17 nəfər Zərdab gəncinin iştirakı ilə Göyçay şəhərində 2 günlük “Vətənpərvər Gənclik Məktəbi” baş tutmuşdur.
Qanunla.Az düşərgənin ilk günündə Göyçay Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edildi, mərkəzin nümayəndəsi gənclərə Heydər Əliyevin həyat yolu haqda geniş məlumat verdi. Açılış hissəsində təşkilatın sədri Vəfa Xəlilli Gəncliyə Dəstək İctimai Birliyi və donor təşkilat, layihə rəhbəri Xəlilli Kəmalə layihənin gedişatı, məqsədi haqda məlumatlar vermişdir. İki gün ərzində GİKM-in Dağlıq Şirvan regional nümyəndəliyinin rəhbəri Coşqun İsmayılov, nümayəndələri Çinarə Rəsulova və Muxtar Osmanov, təlimçi Bağı Xəlilli, beynəlxalq layihələr üzrə bələdçi Elnarə Əliyeva, Göyçay Gənclər Evinin əməkdaşı Ləman Xələfova gənclərə müxtəlif mövzularda təlimlər və vörkşoplar təşkil etmişlər.
İki gün müddətində “Məsuiyyətli vətəndaş modeli”, “Vətənpərvər ruhun formalaşması”, “Milli şüurun formalaşması və İdeoloji risklərin qarşısının alınması”, “Şəxslərarası effektivlik”, “Beynəlxalq layihələrdə təmsilçilik”, “Stressin idarə edilməsi”, “Layihələrin idarə edilməsi” mövzularında təlimlər, “Vətənpərvər gənc necə olmalıdır?” vörkşopu və “Sosial məsuliyyət” simulyasiyası keçirildi. Aktiv gənc Zinhar Bəbişov tərəfindən “Vətən Biliciləri” intellektual yarışı təşkil edildi.
Sonda düşərgənin yekunu olaraq ümumi müzakirə aparılmış və iştirakçılara sertifikatları təqdim edilmişdir.
Qeyd edək ki, layihənin məqsədi məsuliyyətli vətəndaş modelinin gənclərə aşılanması, onlar arasında vətənpərvərlik tərbiyəsinin inkişafı və milli və mənəvi dəyərlərin təbliğ edilməsi, ideoloji risklərin təsirinin azalmasının təmin edilməsindən ibarətdir.
“Gəncliyə Dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
Şərh yazılmayıb.