“Qalib dövlətin vətənpərvər gəncləri” layihəsində Maarifləndirmə görüşü keçirildi
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qalib dövlətin vətənpərvər gəncləri” adlı layihəsi çərçivəsində Maarifləndirmə görüş keçirmişdir. Görüş Zərdab şəhər 2 saylı məktəbin şagirdlərinin iştirakçılığı ilə təşkil olunmuşdur.
Görüşdə donor, təşkilat və layihənin gedişatı haqqında məlumatlar verilmişdir.
Qanunla.Az xəbər verir ki, layihə rəhbəri Kəmalə Xəlilli layihənin məqsədi haqqında danışdı və məsuliyyətli vətəndaş modeli haqqında məlumatlar verdi. Təlim interaktiv şəkildə müzakirələrlə aparıldı.
Layihənin məqsədi məsuliyyətli vətəndaş modelinin gənclərə aşılanması, onlar arasında vətənpərvərlik tərbiyəsinin inkişafı və milli və mənəvi dəyərlərin təbliğ edilməsi, ideoloji risklərin təsirinin azalmasının təmin edilməsindən ibarətdir.
Qeyd edək ki, Layihənin növbəti mərhələsində Göyçay şəhərində Region gənclərinin 2 günlük “Vətənpərvər Gənclik düşərgəsi” keçiriləcək.
“Gəncliyə Dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
Şərh yazılmayıb.