Huquqaz.com

Azərbaycan Prezidentinin 22-23 avqust Daşkənd səfəri Özbəkistanla müttəfiqlik müqaviləsinin imzalanması səbəbilə tarixi səfər, tarixi hadisə oldu

27.08.2024
3.278
Azərbaycan Prezidentinin 22-23 avqust Daşkənd səfəri Özbəkistanla müttəfiqlik müqaviləsinin imzalanması səbəbilə tarixi səfər, tarixi hadisə oldu

Azərbaycan Prezidentinin 22-23 avqust Daşkənd səfəri Özbəkistanla müttəfiqlik müqaviləsinin imzalanması səbəbilə tarixi səfər, tarixi hadisə oldu

“Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfərində Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər sırasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ən mühüm sənədlərdəndir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bu müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur”.
Azərbaycan-Özbəkistan əlaqələrinin rəsmi müttəfiqlik səviyyəsinə yüksəlməsi təbiidir və hər iki ölkənin liderinin iradəsinin, qardaş xalqlarının istəyinin təcəssümüdür. Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edibdir.
2023-cü ildə Prezident Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin açılışında iştirakı ölkələrimiz arasındakı dostluq və qardaşlığın rəmzinə çevrildi. Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir. Özbəkistan təbii resurslarını məhz Transxəzər marşrutu vasitəsilə Azərbaycan üzərindən ixrac etmək niyyətindədir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri – SOCAR və “Uzbekneftegaz” ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Şavkat Mirziyoyev Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana edib

Cənab Prezident İlham Əliyev  avqustun 22- də mətbuata verdiyi bəyanatda bunu yüksək qiymətləndirərək belə ifadə edib:
Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.
Azərbaycan və Özbəkistan arasında olan dostluq, qardaşlıq əlaqələrinin kökləri çox qədim tarixə malikdir. Eyni dili, kökü olan xalqlarımız tarixən həmişə doğma və mehriban tellərlə bir -birinə bağlı olmuşdur.Prezident İlham Əliyev öz bəyanatında belə deyir:
Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb;
Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.
Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub;
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir;
Özbəkistan Azərbaycanla olan tarixi dostluğuna həmişə sadiq qalıb. Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan-Özbəkistan arasındakı böyük dostluq və əməkdaşlıq həm də qlobal əhəmiyyət daşıyır

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.
Bu böyük dostluğun və sədaqətin göstəricisi olaraq bu gün Azərbaycana səfər edən Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür.
Ölkələrimiz arasındakı bu böyük dostluq və əməkdaşlıq həm də qlobal əhəmiyyət daşıyır. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir;
Səfər çərçivəsində dövlətlərimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə bir sıra əhəmiyyətli müqavilələr imzalanmışdır. Bu sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir.
Prezident İlham Əliyevin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bu sənədi belə dəyərləndirir: “Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin cari ilin 22 avqust tarixində geniş tərkibdə görüşü başa çatdıqdan sonra iqtisadiyyat, energetika, mədəniyyət və bir çox başqa sahələrə aid sənədlərin imzalanması mərasimi təşkil olub.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Ölkələrin və liderlərin dostluğu uğurlu əməkdaşlığın qarantıdır

Avqustun 23-də Azərbaycanın dövlət başçısı İlham Əliyev Özbəkistanda rəsmi səfərdə olduğu vaxtda Daşkənddə keçirilən beynəlxalq konfransda iştirak edən əməkdaşımız xəbər verir ki, ali qonağa iltifatlı münasibət ali dərəcədə olub.
Əməkdaşımız bildirir ki, həmin gün şəhərin bütün küçə və prospektləri Özbəkistanın və Azərbaycanın milli bayraqları ilə bəzədilib, prospektlərdə elektron tablolara Şavkat Mirziyoyevlə İlham Əliyevin qoşa şəkilləri yerləşdirilib. “Ölkədə, demək olar ki, hər kəsin bu səfərdən xəbəri vardı və Azərbaycan rəhbərinin Özbəkistanda olması günün əsas hadisəsiydi. Bütün media qurumları – telekanallar, xəbər agentlikləri, saytlar və qəzetlər bu səfəri baş xəbər kimi verirdilər”, – əməkdaşımız xəbər verir.
Onun sözlərinə görə, hətta ən adi adamlar da onunla ünsiyyət zamanı Azərbaycan-Özbəkistan dostluğundan, bu münasibətlərin perspektivindən danışıblar.
Dövlət başçısı da səfərdə olduğu zaman öz növbəsində Özbəkistan-Azərbaycan dostluğundan danışıb və bildirib ki, bu, etibarlı münasibətlərin göstəricisidir. Bu, dostluğun, müttəfiqliyin göstəricilərindən biri də İlham Əliyevin son iki ildə Özbəkistanda beş dəfə səfərdə olmasıdır.
Dövlət başçısı iki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilənin iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd olduğunu qeyd edib və deyib ki, bu sənədi imzalamaqla iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Bunun əsas zəminlərindən biri Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada lider dövlətlər olmasıdır. Prezidentin sözlərinə görə, güclərin birləşdirilməsinin nəticəsində bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
İlham Əliyev özbək xalqının həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi zamanı və sonra xalqımıza qardaş dəstəyi verdiyini qeyd edərək deyib ki, Şavkat Mirziyoyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərin bərpasında kömək edən ilk ölkə Özbəkistan olub. “Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Avqustun 23-də Daşkənddə prezidentlərin imzaladığı Azərbaycan-Özbəkistan sənədləri çox mühümdür

Artıq irəliyə baxmağın, bundan sonrakı inkişafa, yardımlaşmağa diqqət yetirməyin vaxtıdır. Azərbaycan Prezidenti bu məsələyə dair bildirib ki, Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub, 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha da zəngin edəcək.
“İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Gerçəkdən də heç bir biznesmen öz ölkəsi ilə arası pozulmuş və ya pozulmaqda olan ölkəyə nəinki investisiya qoymaz, hətta biznesini o ölkədən çıxarmaq istəyər. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər, eləcə də hər ikisi yeni seçilmiş prezidentlərin – Şavkat Mirziyoyevlə İlham Əliyevin şəxsi dostluğu o səviyyədədir ki, bu, iki ölkənin biznesmenləri üçün eyni səviyyədə etibarlı uğur zəmanəti ola bilər.
Prezidentin şəxsən “özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq” deməsi artıq uğurun yarısı deməkdir.
İnvestisiya proqramları üçün əlverişli sahələr mövcuddur. Bunlar sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm və mehmanxana biznesidir.
Bu baxımdan avqustun 23-də Daşkənddə prezidentlərin imzaladığı Azərbaycan-Özbəkistan sənədləri çox mühümdür və onlara müttəfiqlik münasibətləri haqqında müqavilə, 2024-2026-cı illər üzrə turizm sahəsində fəaliyyət planı, 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə yol xəritəsi, məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında protokol, peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında protokol, 2024-2026-cı illər üzrə əməkdaşlıq proqramı, hüquqşünasların ixtisasının artırılmasına üzrə əməkdaşlıq haqqında protokol, məhkəmə ekspertizası üzrə əməkdaşlıq haqqında protokol, milli qvardiyalar arasında əməkdaşlıq haqqında saziş, hər iki ölkədə müvəqqəti işləyən əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında saziş, ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün praktiki fəaliyyət planı və bir çox sənədlər imzalanıb.
Bu, Özbəkistan və Azərbaycanın müttəfiqliyinə və gələcək əməkdaşlığına dair nikbinlik yaradır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Dövlətimizin başçısının Özbəkistana budəfəki rəsmi səfəri isə daha çox yadda qalan olacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabrın 2-də qurulub. Həmin vaxtdan başlayaraq, əlaqələr getdikcə daha da möhkəmlənib.
Dövlətimizin başçısının Özbəkistana budəfəki rəsmi səfəri isə daha çox yadda qalan olacaq. Çünki səfər çərçivəsində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. Hesab edirəm ki, bu, ən yüksək beynəlxalq sənəddir. Artıq iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Artıq dünya birliyi də şahiddir ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha zəngin edəcəkdir.
Prezident İlham Əliyev çıxışı zamanı “Böyük Qayıdış” proqramı barədə də məlumat verib
Səfər çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həmçinin bir sıra sahələrdə əməkdaşlığı möhkəmləndirəcək sənədlər imzalandı. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunu təsdiqləyir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Azərbaycan-Özbəkistan münasibətləri
Türk dünyasının birliyinə xidmət edir

Son iyirmi ildə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlərlə və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini israrla bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir.
Əminliklə deyə bilərik ki, hər iki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.
Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Möhkəm dostluq, strateji əməkdaşlıq

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.
Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Şərəf Rəşidov ilə, ondan sonra – 1990-cı illərdə isə İslam Kərimovla dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. 1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Bugünkü mənzərəyə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin təzahürüdür.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Prezident İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək bildirib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov – iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.
1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə verdi.
Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və ötən il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.
Sonda belə nəticəyə gəlmək olar ki, eyni soykökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar

Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.
Xüsusilə 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Həmin səfər zamanı dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi. Həmçinin ötən il avqustun əvvəlində Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə qeyd olundu.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Şərhlər

Şərh yazılmayıb.