Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir
Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir.
Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir
Bu sahənin inkişafı ilə əlaqədar olaraq ölkəmizdə son illərdə çox böyük iqtisadi nəticələr əldə olunmuşdur. Bu iqtisadi göstəricilərin belə yüksək səviyyəyə qaldırılması hər şeydən əvvəl ölkəmizdə xarici neft şirkətlərinin iştirakına əsaslanaraq neft hasilatının artırılması ilə bilavasitə bağlıdır.
Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin bazar münasibətlərinin müasir tələbləri səviyyəsinə uyğun olaraq inkişafı ölkə əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına və ölkəmizdə müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir və gələcəkdə də xidmət edəcəkdir.
Son illərin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qazçıxarma sənayesinin daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın dünya iqtisadı sisteminə inteqrasiyasının güclənməsi ilə yanaşı beynəlxalq imici də artmağa başlamışdır. Cənab Prezident çıxışı zamanı “ Abşeron” yatağının tarixi barədə öz xatirələrini bölüşüb. “ Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır.Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi.Çünki bizim geoloqlarımız,xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.
Nicat Mütəllimov
Saatlı rayon Mərkəzi Xəstəxanasının əməkdaşı
Şərh yazılmayıb.