Huquqaz.com

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar

20.11.2023
1.487
Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar.

2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü, Prezident cənab İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, kənd və qəsəbələrimiz, strateyi yüksəkliklərimiz əsl sahiblərinə qaytarıldı. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşanı 28 illik işğaldan sonra ordumuz azad etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixə həkk olunmuş hadisələrdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyev qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. Ağdama həyat yenidən qayıdır. Əsl sahibinə qovuşmuş Ağdamda böyük quruculuq, təmir-bərpa işləri həyata keçirilir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bir hadisədir. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir.  Üç il bundan əvvəl  2020-ci ilin noyabrın 20-də bir güllə atmadan erməni işğalından azad edilən Ağdam rayonu Ali Baş Komandan cənab İlham Əliyevin hərb meydanındakı qələbələrinin diplomitik  meydandakı davamı idi.  Ağdam şəhərini və kəndləri darmadağın edən işğalçı Ermənistanın vandallığını və rəzilliyini dünya ictimaiyyəti bir daha gördü və bu qeyri- insani davranışlara nifrət etdi.  Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyət abidələri var. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Artıq işğaldan azad edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin göstərişi ilə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Vəhşi ermənilərin torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq, bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaq. Dövlətimizin başçısı cənab İlham Əliyev xalqa müraciətində bildirmişdi: “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, bu gün Ağdamda da böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra        Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də Ağdama gələrək bərpa işlərinin başlanğıcını elan etdilər.

Ölkə başçımızın Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Əminliklə söyləmək olar ki, bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaq.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

 Ağdamın işğalı

Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdı.

Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilmişdi.

Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

2020-ci il noyabrın 23-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olmuşdular. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmamışdı. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirmiş, şəhəri darmadağın etmişdilər. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Ağdamın əvvəlki şöhrəti tədricən  bərpa olunur.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva

Şərhlər

Şərh yazılmayıb.