Huquqaz.com

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

01.06.2023
2.168
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəaliyyətə başlayıb.

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub.    Görüşün nəticəsində iki dövlət arasında bir sıra rəsmi sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Bəyanatda qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.

Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəkdir. Israil dövləti ilə Azərbaycan Respublikası arasında  çox fəal siyasi dialoq var.

Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qalxacaqdır. Eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanların yaradılması faktoru gündəmdədr.

Zərdab şəhər 1saylı körpələr evi-uşaq bağçasının müdiri Şəhla Xəlilova

 

 

Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur

Azərbaycan Respublikası  nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub. Bunun nəticəsində hər iki dövlət arasında  münasibətləri artan dinamikada inkişaf edib. Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.
Qeyd edilməlidir ki, bu il martın 29-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılışı oldu. Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohen ilə yanaşı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar iştirak etmişdir.
Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi təqribən 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək edəcəkdir.

Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Dilarə Məmmədova

 

 

Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir

İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatda tanış bir mövzuya çevrilmişdir. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur.

Kibertəhlükəsizlik  hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil edən vacib nüanslardan biridir. İsrail dövlətində bu sahə kifayət qədər tərəqqi edib. İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə Azərbaycan üçün də xeyli dərəcədə faydalı olacaqdır. Gənc nəslin nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlimlərin keçirilməsi və təhsil verilməsinə nail olmaq  mövcud təhdidlərdən qorumaq üçün əsas amildir .

Nisbətən yeni əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox mütərəqqi haldır. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyi üçün çox vacibdir.

Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və ölkəni  təhlükədən qorumaq üçün mühüm amil olacaqdır. Ölkələrimiz həmçinin müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir texnikalarından istifadə edərək müdafiə qabiliyyətini artırır.

Zərdab şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Nağıyeva

 

Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb

Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Yüz illərdir azərbaycanda yaşayan yəhudi xalqıda Azərbaycanı özlərinə vətən bilirlər. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib.

Məhz bunun bariz nümunəsi  kimi Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur. Azərbaycan xalqının bir parçası olan azərbaycan yəhudiləri dünyanin heç bir yerində olmayan   əmin-amanlıq və sülh şəraitində yaşayırlar. Azərbaycanda bir neçə universitetde yəhudi dili və mədəniyyəti tədris olunur.

İsraillə münasibətlərin qurulmasında isə Azərbaycandan Xaricə və İsrailə köç etmiş Azərbaycanlı Yəhudilərin böyük xidmətləri vardır. Hazırda İsraildə 100 min nəfərə yaxın Azərbaycanlı Yəhudi icması vardır. Bu kifayət qədər böyük bir rəqəmdir.

Onlar Azərbaycanın xarici ölkələr arasında tanınmasında əsas aparıcı qüvvədir. Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri sadəcə öz tarixlərinə‚ ölkəsinin milli maraqlarına və öz xalqlarına sədaqət göstərərək zamanla bu tarixi dostluğu və ənənəni daha da rəsmiyyətə çevirmişlər.

Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq nümayiş etdirə biləcəyimizən mühüm  bir baxışdır.

Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri Həcər Orucova

 

Önəmli əməkdaşlıq müqaviləsi

Azərbaycan və İsrail arasında imzalanan səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı hər iki ölkənin səhiyyə sektorunun yeni mərhələdə inkişafı üçün mühüm platformadır. Əməkdaşlıq Planının tezliklə icraya başlanacağı gözlənilir.

Səhiyyə sahəsində nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsi Azərbaycan Səhiyyə Nazirliyinin əsas hədəflərindəndir: İsrailin beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT üzrə təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcəkdir.

Ölkələr arasında səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın yüksək səviyyədədir. Bundan əlavə, İsrailin Ben Qurion Universiteti və Soroka Tibb Mərkəzi Azərbaycan Tibb Universiteti ilə fəal əməkdaşlıq edir.

Bütün bunlarla paralel olaraq ölkələrin səhiyyə nazirlikləri arasında əməkdaşlıq  yeni müstəvidə uğurla davam etdirəcək .

Tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, genetika üzrə təlimlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında mühüm müzakirələr olub. Bütün bunlar əməkdaşlığın yüksək səviyyədə bərqərar olmasını açıq şəkildə sübut edir.

Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri Aygün Mirzəyeva

Şərhlər

Şərh yazılmayıb.