Huquqaz.com

Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri “Açıq mikrofon”da-FOTO

04.05.2023
1.730
Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri “Açıq mikrofon”da-FOTO

Goranboy rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda Gəncə RQİİ-nin baş mühəndisi çıxış edərək aksiyanı açıq elan edib.

Qanunla.Az xəbər verir ki, qurum rəsmisi görüşdə səsləndiriləcək problem, təklif və istəklərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildirib. Daha sonra mikrofon aksiyaya qatılan 7 sakinin ixtiyarına verilib. Müraciətlərdən biri şəhid bulağının inşası üçün qaz xəttinin yerinin dəyişdirilməsi, 2-si fərdi yaşayış evinin qazlaşdırılması, daha 1-i sayğacın yerinin dəyişdirilməsi və digərləri isə debitor borcun araşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

image-img-20230504-wa0006 image-img-20230504-wa0005 image-img-20230504-wa0007 image-img-20230504-wa0008

Şərhlər

Şərh yazılmayıb.