Huquqaz.com

Qaz sayğacının dişli çarxını sıradan çıxaran qonşular-VIDEO

23.04.2023
1.570
Qaz sayğacının dişli çarxını sıradan çıxaran qonşular-VIDEO
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərini təkcə qonşuluq əlaqələri birləşdirmir. Bakıxanov qəsəbə sakinlərinin ortaq cəhəti həm də qaz sayğacına edilən qanunsuz müdaxilədir. Necə? Elə SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun aşkar etdiyi müdaxilə kimi.

Qanunla.Az xəbər verir ki, kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib.

Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirildi və qanunsuz kənar müdaxilə halı təsdiq olundu.

Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

Daha ətraflı videoda:

Şərhlər

Şərh yazılmayıb.