Huquqaz.com

Bəzi kinofestivallar Azərbaycan filmi göstərmək istəmir

20.04.2023
146
Bəzi kinofestivallar Azərbaycan filmi göstərmək istəmir

Bəzi kinofestivallar açıq şəkildə yazırlar ki, biz Azərbaycan filmini heç göstərmək istəmirik.

HUQUQAZ.COM  xəbər verir ki, bunu bir çox festivallada filmləri ilə uğur qazanmış kinorejissor Asif Rüstəmov “Azərbaycan Kinosu-125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, hər zaman festivallarda konyuktura ilə rastlaşıb.

“Amma filminiz doğrudan da yaxşı filmdirsə əsl istedada heç nə maneə deyil. Ona əngəl yoxdur. Təbii, konyuktura və klişələrlə film çəkəndə işlər daha rahatlaşır amma yenə deyirəm ki, uğur üçün bu şərt deyil.

Bu forumda gəncləri çox tənqid etdilər. Az qala elə fikir formalaşdı ki, Azərbaycan kinosunun ən böyük problemi gənclərdir”.

Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.

Şərhlər

Şərh yazılmayıb.