Huquqaz.com

Kimi sahibkar, kimisi də sakin kimi müraciətini ünvanladı-FOTO

18.04.2023
1.537
Kimi sahibkar, kimisi də sakin kimi müraciətini ünvanladı-FOTO

“Xahiş edirəm sahibi olduğum çörək sexinin debitor borcunu yenidən araşdırasınız”.

Xəbəraz” xəbər verir ki, bu müraciətlə Beyləqanda təşkil olunan “Səyyar qəbul otağı”nda rayonda fəaliyyət göstərən sahibkar çıxış edib. Ardınca ənənəyə uyğun olaraq sakinlər mikrofon önünə çıxıblar. Müraciətlər səsləndikcə kimi qaz xəttinin yerinin dəyişdirilməsini, kimi fərdi yaşayış evinin qazlaşdırılması, kimisi də qaz sayğacının dəyişdirilməsini istəyib. “Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

 

Şərhlər

Şərh yazılmayıb.