Huquqaz.com

Tərtərdə 43 yaşlı kişi MİNAYA DÜŞDÜ

18.04.2023
175
Tərtərdə 43 yaşlı kişi MİNAYA DÜŞDÜ

Aprelin 18-i Tərtər rayonunun Borsunlu kənd sakini 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən HUQUAZ,COM ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şərhlər

Şərh yazılmayıb.