Huquqaz.com

“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” – Peskov

13.04.2023
158
“Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” – Peskov

“Qara dəniz sahilyanı dövlətlər üçün “əməkdaşlıq dənizi” olaraq qalmalıdır”. 

Huquqaz.com  xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında deyib.

O,  Ukrayna Xarici işlər naziri Dmitri Kulebanın, “Qara dəniz, Baltik dənizi kimi, NATO dənizi olmalıdır” sözlərini  dəyərləndirib.

Qara dənizin ortaq dəniz olduğuna diqqət çəkən Peskov, “Qara dəniz bütün sahilyanı dövlətlər üçün ortaq dənizdir. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır. Onun da bölünməz təhlükəsizliyi olmalıdır”, – deyə ifadə  edib.

Kulebanın açıqlamalarında ziddiyyətlər olduğunu qeyd edən Peskov, “Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” deyib.

Şərhlər

Şərh yazılmayıb.