Huquqaz.com

Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir

12.04.2023
1.769
Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir

Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir.

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ulu Öndər Heydər Əliyev  istər keçmiş sovetlər dönəmində, istərsə də  1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə  böyük zəmin yaranmışdır.  Arzusu, amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi.  Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.

Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə  ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən  bir diyara çevirmişdir.  Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar  Ümummilli Lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə  qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Ulu Öndər Heydər Əliyevin  Naxçıvan MR  Ali Məclisinin Sədri işləyərkən  muxtar respublikada həyata keçirdiyi  islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu.  Onun  Naxçıvanda yaşadığı illərə   nəzər saldıqda aydın görürük ki, bu gün haqqında  ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə  nüfuzunu artıran yeniliklərin, islahatların təməli məhz o  çətin illərdə qoyulub.

Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi  bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndər Heydər Əliyevə  nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dahi, müdrik dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı,  milyonların etiramını qazandı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

Sabit gələcəyin təməli.

Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu.

Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə  rəhbərlik etdiyi 1993-2003-cü illərdə  insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır.   1998-ci ildə  Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, Ulu Öndərin bu addımının nə dərəcədə böyük  hüquqi, tarixi dəyərini dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. Ümummilli Lider  hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə, bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.  Ulu Öndərin rəhbərliyi ilə qəbul olunmuş Milli  Konstitusiyada bu məsələ önə çəkilir.

Zərdab şəhər sakini fəal gənc Nərmin Cəfərli

 

 

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkə başçısının bir-birinin ardınca Tacikistan və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşmişdir. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
Ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki, ”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”. Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ”Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır.
Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxındır, lakin, əlbəttə ki, ticarət-iqtisadi tərəfdaşlığın potensialının artırılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir.

Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd etmək lazımdır ki, ölkə başçısının Qazaxıstana rəsmi səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töfhədir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Vüsal Rəhimov

 

 

Ulu Öndər Heydər Əliyevin əsas vəsiyyəti.

Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamış Ulu Öndərimiz Heydər Əliyev qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir. Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Heydər Əliyev hakimiyyətə gələnə qədər sovetlər birliyinin geridə qalan respublikalarından sayılan Azərbaycan çox qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüş oldu. Ölkə rəhbərinin böyük uğurla həyata keçirdiyi möhtəşəm fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkə Prezidenti seçildikdən sonra əvvəlki iqtidarlardan xalqımız üçün hansı problemlərin miras qaldığı hamıya məlum idi. Torpaqlarımızın işğalı, on minlərlə şəhid və döyüş əlillərinin olması, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, iqtisadiyyatın çökməsi həmin iqtidarların səriştəsiz idarəçiklərinin məntiqi nəticəsi idi. Orta və yuxarı yaşlı nəslin nümayəndələri Ulu Öndər Heydər Əliyevin bu problemlərin həlli üçün hansı əziyyətlərə qatlaşdığının şahidi olublar. Bir tərəfdən Ermənistanın artan hərbi hücumlarının, digər tərəfdən separatçılıq meyllərinin qarşısının alınması, o cümlədən strateji qida olan çörək çatışmazlığının aradan qaldırılması, yüz minlərlə məcburi köçkünün yaşayış yerləri ilə təmin olunması ölkə rəhbərindən gecə-gündüz zəhmət, qətiyyət tələb edirdi. Lakin Heydər Əliyev öz xalqının problemləri ilə yaşayan milli rəhbər idi. Məhz onun idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Bunun ardınca Ulu Öndərin tarixi xilaskarlıq missiyası tənəzzüldən inkişafa doğru dönüşün əsasını qoydu. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi.

Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdur.

Ulu Öndərimizin layiqli davamçısı Prezident cənab İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.

Zərdab şəhər 1 saylı məktəb-liseyin ibtidai sinif müəlliməsi Nərminə Əzizova

 

 

Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana 10 aprel 2023-cü il tarixli səfəri böyük əhəmiyyətə malikdir. İmzalanan sənədlər də bunu təsdiq edir. Qazaxıstan və Azərbaycan prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə edib və müvafiq sənədləri imzalayıblar.

Səfər çərçivəsində, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Qazaxıstanlı həmkarı ilə mətbuata bəyanatla çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında müttəfiq münasibətlərinin qarşılıqlı fəaliyyətin gələcək inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib.

Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük hörmət və ehtiramı yüksək qiymətləndirən cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidi olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Müttəfiqlik münasibətlərinin getdikcə daha da möhkəmlənməsindən və inkişaf etməsindən danışan cənab Prezident bildirmişdir ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın mənafeyinə xidmət edəcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

 

Dostluq rəmzi.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci ilin oktyabrın 13-14-də olub və dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib.

Ötən il avqustun 24-də isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib.

Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir. Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri bu gündən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir. Küçənin başında botanika bağı yerləşir.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Müttəfiqlik münasibətləri.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur.

İki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi bu il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.

Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında da əməkdaşlıq edirlər.

Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın (Türkdilli xəbər agentlikləri) həmtəsisçiləri olublar.

Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. 2022-2023 tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir.

SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Türk Dünyası birliyinin fəallaşmasına səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkə başçısının bir-birinin ardınca Tacikistan və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşmişdir. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
Ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki, ”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.

Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ”Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır. Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxındır, lakin, əlbəttə ki, ticarət-iqtisadi tərəfdaşlığın potensialının artırılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir.

Bütövlükdə qeyd etmək lazımdır ki, ölkə başçısının Qazaxıstana rəsmi səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töfhədir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Beynəlxalq müstəvidə qarşılıqlı dəstək.

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.

Həmin dostluğun bir ifadəsidir ki, məhz “Heydər Əliyev ili” ərəfəsində belə bir küçəyə onun adı verilib. Sözsüz ki, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin belə bir yüksək səviyyəyə, mərhələyə çatmasında böyük rolu var. Ümumiyyətlə, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması bu gün türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir.

Ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrin inkişafı türkdilli xalqların daha sıx birləşməsi üçün yollar açır. Bu görüşlərin mütəşəkkil xarakter daşıması da ona əsaslanır ki, istər Azərbaycan, istərsə də Türkiyə prezidentləri son illərdə bir neçə dəfə Qazaxıstana, Özbəkistana, Tacikistana və digər ölkələrə səfərlər ediblər. Bu səfərlər türkdilli dövlətlərin bilavasitə əməkdaşlığına, birliyinə əsaslanır. Bu səfər ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi münasibətlərin inkişaf etdirilməsinin uğurlu davamı üçün həqiqətən çox böyük əhəmiyyət kəsb edir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

Şərhlər

Şərh yazılmayıb.