Huquqaz.com

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

10.04.2023
1.945
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

2023-cü ili aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana sayca üçüncü səfərinin gerçəkləşməsi onu göstərir ki, Azərbaycan bu ölkə ilə münasibətlərin daha da yaxşılaşdırılmasında və inkişaf etdirilməsində maraqlıdır. Prezident cənab İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşün detallarına toxunaraq bu ölkədə sabitliyin mövcud olmasını yükəsk qiymətləndirərək qeyd etmişdir ki, logistika, nəqliyyat-kommunikasiya sahəsində, eləcə də investisiya qoyulması yönündə yeni layihələr həyata keçiriləcəkdir.

Azərbaycan və Tacikistan Respublikaları strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Tacikistan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək verən ölkələrdən biri olub. Bu və digər məsələlərdə Tacikistanın Azərbaycana dost mövqeyi hər zaman göz qarşısında olub. Belə ki, bu iki ölkə arasında qardaş münasibətləri var. İndi də bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir. 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə Bakıda Tacikistan səfirliyi fəaliyyətə başlayıb, bu illər ərzində qarşılıqlı səviyyədə səfərlər, görüşlər olub. Ölkələrimiz arasında 62 sənəd imzalanıb və iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artıb.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.