Huquqaz.com

Ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş xarici siyasət

08.04.2023
1.565
Ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş xarici siyasət

Ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş xarici siyasət

2018-ci il aprelin 11-i seçkilərin nəticəsi göstərdi ki, Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.
2003-2018-ci illər ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Yeddi aeroport tikilmiş, onlardan altısı – Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı beynəlxalq statusa malikdir. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır.Dəmir yolu infrastrukturu yenilənib.

Azərbaycanda idmana göstərilən qayğının nəticəsi olaraq idmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. 2015-ci il Birinci Avropa Oyunlarının həyəcanını unutmamışıq. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah” da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq  60 rayonun sakinlərinə bu oyunların ruhunu çatdırdı. Azərbaycan tarixdə ilk belə tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirdi, müstəqil və güclü bir ölkə olduğunu sübut etdi. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında – 2004 — Afina, 2006 — Turin, 2008 — Pekin, 2010 — Vankuver, 2012 — London, 2014 — Soçi, 2016 — Rio de Janeyro iştirak etmişdir. Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Həmin dövrün sonuncusu olan Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.