Huquqaz.com

Tarixi Fərman

29.03.2023
1.521
Tarixi Fərman

Tarixi Fərman

1918-ci ilin 30 mart tarixindən Bakıda törədilən qətliamlar Azərbaycanın digər bölgələrində də davam edib. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Bununla yanaşı 1918-1919-cu illərdə təkcə Qubada ermənilər tərəfindən 3 minə qədər yəhudi qətlə yetirilib. O zaman Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu cinayətləri araşdırmaq üçün xüsusi bir komissiya yaradılıb. Ancaq bu hadisələrə ilk siyasi qiyməti Ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb və yerli tarixçilərə bu hadisələrin araşdırılması tapşırılıb.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi məzarlıq üzərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb. Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik olan təşəbbüslərdir. Bu gün biz xüsusi qürurla onu deyə bilərik ki, vaxtilə xalqımıza qarşı törədilmiş soyqırımların, qətlə yetirilmiş insanların qanı yerdə qalmamış və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük vətən müharibəsi zamanı xalqımıza qarşı 2 əsr boyunca törədilmiş qətliamların qisasını alıb və torpaqlarımız işğaldan azad edilib.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.