Huquqaz.com

“Açıq mikrofon” aksiyası Masallı rayonunda sakinlərin ixtiyarına verilib-FOTO

17.03.2023
1.693
“Açıq mikrofon” aksiyası Masallı rayonunda sakinlərin ixtiyarına verilib-FOTO

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyasının bu həftəlik son ünvanı Masallı rayonu olub.

Qanunla.Az xəbər verir ki, aksiyada ümumilikdə 20-ə yaxın müraciət ünvanlanıb ki, bunların da əksəriyyəti bəzi kəndlərin qazlaşmasından ibarət olub. Mavi yanacaqla təchiz olunması istənilən kəndlərin adlarına gəlincə, bunlar Nəzəroba, Rüdəkəran, Xəlifələr, Yelağac, Əmirtürbə və Yeni Zuvand kəndləridir. Aksiyada bundan başqa fərdi yaşayış evinin qazlaşdırılması istəyi də yer alıb. Bu müraciətlə çıxış edən Əbülfət Cəbrayılova bildirilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Aksiyada, həmçinin debitor borcun hissə-hissə ödənilməsinə şəraitin yaradılması və qaz xəttinin yerinin dəyişdirilməsilə bağlı müraciətlər də ünvanlanıb. SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

image-4d72cf52-7b41-4ca8-ae57-80f1cc5b8e9bimage-7e69f17d-fd6a-4033-ae28-a529d9f523ddimage-2b5079f3-6b48-4829-8fdc-1060547de73dimage-89b4a118-e491-4da7-8c29-255543aaf08b

Şərhlər

Şərh yazılmayıb.