Huquqaz.com

SOCAR “Azəriqaz” İB-də könüllü qanvermə aksiyası keçirilib-FOTO

16.03.2023
1.278
SOCAR “Azəriqaz” İB-də könüllü qanvermə aksiyası keçirilib-FOTO

SOCAR “Azəriqaz” İB-də könüllü qanvermə aksiyası keçirilib.

Ölkəmizdə hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara olduqca həssas yanaşılır. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət qayğısı ilə də əhatə olunublar.

Qanunla.Az xəbər verir ki, reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyasına SOCAR “Azəriqaz” İstehsalat Birliyi də hər zaman müsbət yanaşır. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. SOCAR “Azəriqaz” İB-nin inzibati binasında keçirilən xeyriyyə aksiyasında rəhbər şəxslərlə yanaşı, ümumilikdə 203 Birlik əməkdaşı iştirak edib. Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

image-eda3b15d-6e72-4166-8054-3a4eaac88f84image-a92f1679-f22d-4bf9-98f0-4413ce1926adimage-50b6e7c4-b8de-4eb6-b393-0fd8492ee82cimage-683d3a74-7289-45d6-aa9d-4b9bee94e27dimage-9f3a9e16-6876-412d-8bd3-83b631ad983cimage-730025f1-a1d8-4b84-9804-4abde9506a42

Şərhlər

Şərh yazılmayıb.