Huquqaz.com

Sosial-iqtisadi sahəyə yeni impuls

07.03.2023
2.393
Sosial-iqtisadi sahəyə yeni impuls

Sosial-iqtisadi sahəyə yeni impuls

2019-cu il ölkəmiz üçün sosial-iqtisadi sahədə olduqca mühüm hadisələrlə yadda qaldı, bu sahədə inqilabi xarakterli islahatlar həyata keçirildi. İslahatların hakimiyyətin bütün qollarına qədər şaxələnməsi zərurəti həm də ondan irəli gəlirdi ki, bütün qanadlar başlanmış yeni siyasi kursa öz fəaliyyət müstəvisində müvafiq olaraq dəstək verə bilsin. Parlamentin yenilənməsi məhz bu zərurətdən irəli gəlirdi və növbədənkənar seçkilərlə bu, reallaşdı. Artıq növbə parlamentindir: qanunvericilik bazası yenilənməli, yeni çağırışlara uyğun təşəbbüslər ortaya qoyulmalıdır. Prezident qanunlara yenidən baxılmasının əhəmiyyətli olacağı mesajını açıq mətnlə ifadə etdi və bildirdi ki, mövcud qanunlar doqma deyil: “Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir”.

Sosial-iqtisadi sahədə aparılan islahatları da dərinləşdirmək, keyfiyyətcə yeni mərhələyə çıxarmaq, bütün alətlərin funksionallığının artırılmasına xidmət etmək məqsədi ilə bu sahədə də yeniliklər arzuolunandır. Prezident deyir: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.

Millət vəkilinin funksiyası həm də dövlətin sosial siyasətinin realizəsidir. Deputatın seçicilərinin qayğılarını araşdırması, problemin müvafiq qurumlar qarşısında qaldırılması, qanunvericilik bazasını bu problemlərin həllinə uyğunlaşdırmaq gözləntisi yalnız sosial sifariş deyil, həm də dövlətin parlamentdən istəyidir.

Prezident parlamentdəki çıxışında bu kontekstdə dedi: “Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.