Huquqaz.com

İdman ölkəsi

13.01.2023
2.600
İdman ölkəsi

İdman ölkəsi

Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya  idmanında öz yerinə və sözünə malik ölkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.  Yenicə qədəm qoyduğumuz 2023-cü ilin ilk günlərində –  yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla 2022-ci ilin idman yekunlarına həsr olunan görüşü ölkəmizdə idmana olan diqqət və qayğını bir daha göstərdi.

Dövlət   tərəfindən idmançılara  yaradılan şərait onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyevin  səyləri  nəticəsində   Azərbaycan  idmanı   inkişaf  etdirməklə yanaşı, minlərlə   yeniyetmə   və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün  sağlam  mühütin  yaranmasına  şərait  yaradır. Respublikamızda  idman bölmələrinə  axın edən   gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin  əksər regionlarında   müasir standartlara    cavab  verən Olimpiya   İdman kompleksləri, stadionlar və idman zalları   tikilərək  idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda   gənc  nəslin problemlərinin kompleks   həlli, onların  cəmiyyət    həyatında   layiqli  təbəqə kimi iştirakı üçün dövlət  səviyyəsində bütün addımlar atılır və   gələcəkdə də lazımi işlər görüləcəkdir.    Məsuliyyəti  artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir,  ölkəmizin   inkişafına, beynəlxalq aləmdə  nüfuzunun daha da artmasına  və qarşıya qoyulan vəzifələrin real  həyata vəsiqə  qazanmasına öz töhfələrini  verir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.