Huquqaz.com

Samux sahibkarları üzləşdikləri çətinlikləri “Açıq mikrofon”da səsləndirdilər-FOTO

06.01.2023
1.800
Samux sahibkarları üzləşdikləri çətinlikləri “Açıq mikrofon”da səsləndirdilər-FOTO

“İstifadə etdiyimiz aylıq qaza görə yaranan borcun ödənişini mövsüm bitdikdən sonra ödəməyimiz üçün bizə möhlət verməyinizi sizdən xahiş edirik”.

Qanunla.Az xəbər verir ki, bu sözləri Samux rayonu Alabaşlı qəsəbə sakini, sahibkarlıq subyekti Sabir Abdullayev “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan digər sahibkarlar Məzahir Salmanov və Əhməd Abdullayevin də müraciətləri eyniyönümlü olub. Sahibkarlarla yanaşı, sakinlər də “Səyyar qəbul otağı”nın imkanlarından yararlanıblar. Abonentlər də qaz təsərrüfatı ilə bağlı üzləşdikləri çətinlikləri açıq şəkildə səsləndiriblər. Ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.
Məlumat üçün bildirək ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.

image-90ffa1c1-8833-4d1c-aa9d-a37fc875fd7fimage-c8b644ef-82f4-4b16-b56b-27bf6aec6a86image-2bf36bfa-12bb-4f43-83a7-07fff8dca331image-b62048ec-0bbf-4d07-8a4b-61614346081f

Şərhlər

Şərh yazılmayıb.