Huquqaz.com

Zərdabda “Könüllülük uğurlu gələcəyin başlanğıcıdır” adlı musiqili konsert proqramı keçirildi-FOTO

08.12.2022
1.537
Zərdabda “Könüllülük uğurlu gələcəyin başlanğıcıdır” adlı musiqili konsert proqramı keçirildi-FOTO
“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində 07 dekabr 2022-ci il tarixdə Zərdab Rayon Gənclər və İdman idarəsinin və Zərdab Gənclər evi SXM – nin birgə təşkilatçılığı ilə “Könüllülük uğurlu gələcəyin başlanğıcıdır” adlı musiqili konsert proqramı keçirildi.
Qanunla.Az xəbər verir ki,ilk öncə ölkəmizdə Dövlət Gənclər Siyasətinin banisi Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov , Zərdab Gənclər evi SXM-nin direktoru Jalə Kərimli və Mədəniyyət mərkəzinin direktoru Elyurə Məmmədova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllü hərəkatının genişləndirilməsi və inkişafı istiqamətində görülən işlərdən, könüllülük fəaliyyətinin mahiyyətindən, cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilən könüllülük ruhunun daha geniş vüsət almasından bəhs etdilər.
Daha sonra Zərdab Gənclər Evi və Zərdab Gənclər və İdman idarəsinin könüllüləri, Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab Rayon nümayəndəliyinin əməkdaşları, Gəlmə və Yarməmmədbağı kənd tam orta məktəbin şagirdləri, Uşaq incəsənət məktəbinin tələbələri tərəfindən hazırlanan səhnəciklər, rəqslər və musiqi proqramları tədbir iştirakçılarına nümayiş olundu.
image-317623949_462185529399597_3394252801617666163_nimage-317378425_522538489914232_6190671190538022935_nimage-319064529_5629179397132009_4807119862143775437_nimage-318930516_5629179467132002_2545012467342112041_nimage-317261484_664418342006751_82152999270968324_nimage-317938011_5629180947131854_1585371922500022483_n
image-317605090_3322254591426202_9138408374429808420_n
image-318657946_1117029465653882_2770125550611365308_nimage-317195190_834456267631549_7725741723776661399_nimage-317556428_1528408127634535_3661814514634899258_n
image-317364893_471304691795529_5544250340786806117_n
image-318487831_5629215530461729_7138572073814246975_nimage-318243192_5629214797128469_4359311769757348378_nimage-319029991_5629180273798588_9182092183930586667_n
image-317384902_1181153709492283_4409599411178780687_n
image-317773911_5629215163795099_775347520340807138_n
Şərhlər

Şərh yazılmayıb.