Huquqaz.com

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

08.12.2022
2.031
Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020- ci il dekabrın 10- da Bakinin Azadlıq Meydanında keçirilən Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir.Pardda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişlər. Zəfərin rəmzi – Şuşa.Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

44 günlük müharibənin hər günü şanlı tarixidir.Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,kəndlər,qəsəbələr, yüksəkliklər azad edilirdi.Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki,işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

2020- ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb.Bu kapitulyasiya aktına görə,bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı Bu onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında,həm siyasi müstəvidə qazanıb.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi-Kəmalə Məmişova

Şərhlər

Şərh yazılmayıb.