MANŞETÜSTÜMaraqlı

8 yaşlı qızdan nadir tapıntı: 1500 il öncəyə aid… – Foto

8 yaşlı qızdan nadir tapıntı: 1500 il öncəyə aid… – Foto

İsveçdə Saqa Vanacek adlı 8 yaşlı qız Tanno yaşayış massivi yaxınlığında gölün kənarında 1500 il öncəyə aid olduğu ehtimal edilən qılınc tapıb.

Fakttv.com Kult.az -a istinadən xəbər verir ki, Vanacek yerli mediaya açıqlamasında tapdığı əşyanın əvvəlcə dəyənək olduğunu təxmin etdiyini deyib.

“Əvvəlcə onun dəyənək olduğunu düşündüm. Lakin diqqətlə baxdığımda qılınc tapdığımın fərqinə vardım. Daha sonra bu barədə atama dedim”, – deyə qızcığaz bildirib.

Vanacekin atası Andi qızının tapdığı qılıncın öncə oyuncaq olduğunu zənn etdiyini bildirib:

“Tarix və arxeologiya ilə maraqlanan qonşuya bu qılıncı göstərdikdən sonra bu barədə rəsmi orqanlara məlumat vermək qərarına gəldim”.

Qeyd edək ki, arxeoloqlar bu qılıncın Vikinq dönəmindən də öncəyə aid olduğu qənaətindədirlər.

 

Comment here