DünyaManşetMANŞETÜSTÜ

54 ölkə ABŞ-ın Qüdsdə səfirliyinin açılışı tədbirində iştirakdan imtina etdi, 32-si isə…

54 ölkə ABŞ-ın Qüdsdə səfirliyinin açılışı tədbirində iştirakdan imtina etdi, 32-si isə…

54 ölkə ABŞ-ın Qüdsdə səfirliyinin açılışı tədbirində iştirakdan imtina etdi, 32-si isə…

İsraildə olan 54 ölkənin səfiri Qüdsdə ABŞ səfirliyinin açılış tədbirində iştirakdan imtina edib.

Avropa.info xəbər verir ki, İsraildə səfirliyi olan 86 ölkədən 32-si bu tədbirdə iştiraka müsbət cavab verərkən, 54 ölkənin səfiri isə iştirakdan imtina edib.

Avropa Birliyi ölkələrinin əksəriyyəti bu dəvəti rədd etsələr də, Avstrya, Macarıstan, Rumınya və Çex Respublikası tədbirdə iştiraka razılıq verib. Rusiya, Misir, Hindistan, Yaponiya və Meksika isə Qüdsdə ABŞ səfirliyinin açılması ilə əlaqədar keçriləcək şənliklərdə iştirakdan imtina edib.

Avropa İttifaqına üzv olmayan Albaniya, Makedoniya, Serbiya, Ukrayna və Gürcüstan da bu tədbirlərdə iştirak etməyə razılıq verib.

Afrika qitəsindən isə Konqo, Fil Dişi Sahili, Keniya, Cənubi Sudan, Tanzaniya, Efiopiya, Nigeriya, Zambiya və Ruanda tədbirdə iştirak edəcək.

Comment here