GündəmManşet

Hərbi qeydiyyatla bağlı mühüm XƏBƏRDARLIQ

Azərbaycan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər.

 Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– doğum haqqında şəhadətnamənin surəti;
– ailə tərkibi haqqında arayış;
– təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
– təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
– tərcümeyi-hal;
– 6 ədəd 3×4 sm ölçüdə fotoşəkil

“İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 31 oktyabr tarixli 851-VQD nömrəli qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.

Comment here