Siyasət

AZAD FÜZULİMİZ

AZAD FÜZULİMİZ

Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ…Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan.. Hər il 23 avqustu Füzulinin erməni işğalına məruz qaldığı gün kimi  anırdıq. Ürək ağrısı, böyük kədər hissi ilə. Amma inanırdıq ki, bir gün gələcək biz o gözəl torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik.
Və bu gün gəldi Füzuli ağlı, zəkası, sərkərdəlik məharəti ilə dünyanə heyran qoyan-müzəffər Ali baş komandanımızın, Qəhrəman Azərbaycan Əsgərinin, Şəhidlərimizin, Qazilərimizin fədakarlığı nəticəsində düşmən işğalından azad olundu. Bu böyük Qələbə haqqında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı dediyi sözlər hər bir azərbaycanlının ürəyini riqqətə gətirdi: “Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib. Artıq Azərbaycan əraziləri illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır və daha parlaq açacaq. Köndələn çayı artıq daha coşqun axacaq, Araz mahnısını daha yaxşı oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü çıxacaq. Arazı ayırdılar, qum ilə doyurdular. Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. Ay Laçın, Can Laçın, mən sənə qurban Laçın! Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.”
Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamısı Ermənistan tərəfindən dağıdılıb.Bu günlər dövlət proqramına əsasən Füzuli rayonunda böyük bərpa və quruculuq işləri gedir. “Böyük qayıdış” planını silsiləli şəkildə reallaşır, yeni yollar tikilir, yaşayış məskənləri salınır.  Füzulidən Şuşaya yol çəkilir, Füzuli Beynəlxalq aeroportunun tikintisi başa çatmiş və aeroportda ilk sınaq uçuşu həyata keçirilmişdir.
Bəli, Füzuli daha işğal altında deyil. Füzuli azaddır və dövlətimizin diqqəti, qayğısı ilə o, yenidən qurulacaq və daha da gözəlləşəcəkdir.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Füzulinin işğalı

Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal olunmuşdur. İşğal nəticəsində erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, insanları doğma yurd-yuvasından didərgin salmışdılar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü ilin yanvarında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Rayon əhalisinin 67 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfəri isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və digər rayonlarda məskunlaşıb.
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu təbii sərvətlərlə zəngin məkandır. Füzuli rayonu tarixi, mədəniyyət və memarlıq abidələri – mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilmişdir.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, сənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı azad etdi. Beləliklə Azərbaycan xalqı olaraq işğal tarixini deyil qalibiyyət tarixini qeyd edirik.

Elçin Ağayev–İsaqbağı kənd tam orta məktəbin tarix müəllimi

 

Füzuli əməliyyatı

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən ərazilərdən biridə Füzuli rayonudur.
Xatırlayaq ki, Füzuli rayonun 21 kəndi və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun Horadiz əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdi. 27 sentyabr 2020-ci il tarixdən erməni hərbi qüvvələrinin təxribatlarına cavab olraq güniş miqyaslı hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatların ilk günlərindən üstünlüyü ələ alan şanlı ordumuz düzgün hazırlanmış hərbi plana uyğun olaraq illərdi düşmən işğalınad olan torpaqlarmızın ardıcıl olaraq qəhrəmanlıqla azad etməyə başladı.
Artıq müharibənin gedişində hər sahədə üstünlüyü ələ alan ordumuz düşmənin keçilməz hesab etdiyi və dünyaya yenilməz olduqlarını bəyan etdikləri mifləri yerlə yeksan oldu. Əsas strateji məntəqələrədn biri olan Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən azad olundu və düşmənin 30 ildə milyardlar xərcləyib qurduğu müdafiə sədləri darmadağın edildi.

Aqil Xəlilov – Vətən müharibəsi iştirakçısı

 

 

Azərbaycan Ordusu məsuliyyətli və peşəkar Ordudur

27 sentyabrda 44 günlük Vətən müharibəsi başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Lakin İrəvanda unudurdular ki, artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalması.
Əslində, erməniləri arxayın salan səbəblər də mövcud idi. Belə ki, Ermənistan 27 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarında müasir hərbi sistemlər və istehkamlar qura bilmişdi. Terrorçu ölkə güclü və müasir artilleriya sisteminə malik idi. 27 sentyabra qədər Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik idi. Bu silahlar onların müqavimət göstərməsinə imkan verirdi. Lakin Ermənistan Azərbaycan Ordusunun gücünü, ordu rəhbərliyinin savadlı strategiyasını hesablaya bilmədi. Eyni zamanda Azərbaycan cəmiyyətinin, bütövlükdə Azərbaycan xalqının torpaqlarının azadlığı uğrunda mübarizəyə necə hazır olduğunu, bunun üçün nümayiş etdiyi həmrəylinin miqyasını qiymətləndirməyi bacarmadı. Nəticədə Azərbaycan Ordusu ağlasığmaz uğurlara imza atdı.
Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində anti-terror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.

Abbas Nağıyev–Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu

27 sentyabr 2020-ci il tarixdə torpaqlarmızın azadlığı uğrunda başlanan müharibədə düşmən təbii-strateji üstünlüklərə malik idi. Belə ki, hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynayırdı, müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı, lakin Ordu rəhbərliyinin düzgün strategiyası bütün bu amilləri önəmsiz elədi. Azərbaycan Ordusu qeyri-bərabər şərtlərə baxmayaraq, düşməni darmadağın etdi. 27 il ərzində Ermənistan hərbçiləri işğal altında olan ərazilərə dərindən bələd ola bilmişdilər. Nəzərə alsaq ki, 44 günlük əks-hücumda iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, onların peşəkarlığına heyran olmamaq mümkün deyil. Onların qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Terrorçu ölkənin hərbi birləşmələri 44 günün içində darmadağın edildi. Bununla da, Ermənistan hakimiyyətinin erməni ictimaiyyətində “qalib ordu” obrazı sırımaq cəhdləri iflasa uğradı.
Ali Baş Komandanın dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı öz sözünü dedi. Lakin bu 44 günlük savaşda ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Füzulinin və digər ərazilərmizin azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. Bu Ordu artıq öz adını dünya hərb tarixinə yazadı.

Famil Abbasov –Vətən müharibəsi iştirakçısı

 

Görülən işlər nəticəsində Füzuli rayonu ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcəkdir

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.
Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir.
Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Görülən işlər nəticəsində Füzuli rayonu ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Mümkünsüzü mümkün etmiş Azərbaycan Ordusu

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq;
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində
yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir;
Azərbaycan Ordusu məsuliyyətli və peşəkar Ordudur. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb;
Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur;
Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir;

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur

Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Hətta bəziləri Füzuli rayonun azad edilə biləcəyinə inanmır, bəzi hərbi ekspertlər isə rayonun azad olunması üçün aylarla vaxt lazım olacağını bildiridilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Ordumuz düşməndən qisası döyüş meydanında alırdı. Çünki Azərbaycan Ordusu məsuliyyətli və peşəkar ordudur. Ordumuz öz peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salmış, Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.
Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusunu təltif etmişdir.
Füzulinin tarixində 17 oktyabr qədər digər əlamətdar tarix isə 2020-ci ilin 16 noyabr təqvimi oldu. Məhz həmin tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda səfərdə oldular, Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulmuş, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq həyata keçirilmiş və “Füzuli” yarımstansiyasının açılışı qeyd olunmuşdur. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuli rayonu ərazisində də genişmiqyaslı yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Füzuli rayonundan olan keçmiş məcburi köçkün soydaşlarımız yaxın zaman ərzində öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Vətən həsrətinə son qoyuldu

Yenidən Qarabağımıza qovuşduq…
Qovuşduğumuz yerlər dağ-daşı, torpağı ilə yenidən ürəyimizə hüzur gətirdi. Qarabağ həsrəti bitdi. Şuşanın düşmən işğalından azad olunması zamanı isə qəhrəman Azərbaycan döyüşçüsünün hərb tarixində hünər dastanı oldu. Bu dastan hələ də dillər əzbəridir və bu möcüzəni xalqımıza bəxş edən oğulların adları əbədi olaraq ürəklərdə yaşayacaq.
Vətənin hər qarışı müqəddəs olduğu kimi, onun azadlığı yolunda canını fəda edən hər bir şəhid, qazi müqəddəsdir və ən böyük hörmətə layiqdir. Onların sayəsində biz “Qalib xalq” adını qazandıq.

Aşdıq daşı, aşdıq dağı
Qorxusundan qaçdı yağı
Ucaltmışıq hür bayrağı
Qarabağ Azərbaycandır!

Uzun yollar keçib gəldik
Şəhidliyi seçib gəldik
Bayrağa and içib gəldik
Qarabağ Azərbaycandır!

Haqq yoluna iman etdik
İllər boyu güman etdik
Həqiqəti bəyan etdik
Qarabağ Azərbaycandır! (Tural Rəhmanlı)

Vəfa Xəlilli-“Gəncliyə Dəstək” İB-nin sədri

 

PEŞƏKARLIĞI VƏ MƏRDLİYİ İLƏ DÜŞMƏNİ QORXUYA SALAN AZƏRBAYCAN ORDUSU

Son 18 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən, 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini böyük qürurla vurğulayan dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu illərdə ərazi bütövlüyümüzün bərpasına hazırlıq gördü. Şuşanın, eyni zamanda,  digər işğal altında olan torpaqlarımızın illərdir gəlişimizi gözlədiyini və gələcəyimizə əmin olduğunu hər zaman vurğulayan Ali Baş Komandan bu inamı əsaslandıran məqamları da açıqlayırdı.
2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 günün hər günü Azərbaycanın tarixinə Qələbə günü kimi yazıldı. Xalqımız hər gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən Qələbə xəbərlərini gözlədi. Ölkə Prezidentinin xalqa hər müraciəti Zəfərimizlə bağlı sabaha ümidləri daha da artırdı, küçə və meydanları Azərbaycanla yanaşı, bizə mənəvi və siyasi dəstək olan qardaş, dost ölkələr- Türkiyə və Pakistanın bayraqları bəzədi.
Ermənistan Azərbaycan Ordusunun gücünü, ordu rəhbərliyinin savadlı strategiyasını hesablaya bilmədi. Eyni zamanda Azərbaycan cəmiyyətinin, bütövlükdə Azərbaycan xalqının torpaqlarının azadlığı uğrunda mübarizəyə necə hazır olduğunu, bunun üçün nümayiş etdiyi həmrəylinin miqyasını qiymətləndirməyi bacarmadı. Nəticədə Azərbaycan Ordusu ağlasığmaz uğurlara imza ata bildi. Belə ki, hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynayırdı, müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı, lakin Ordu rəhbərliyinin düzgün strategiyası bütün bu amilləri önəmsiz elədi. Azərbaycan Ordusu qeyri-bərabər şərtlərə baxmayaraq, düşməni darmadağın edə bildi. Nəzərə alsaq ki, 44 günlük əks-hücumda iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, onların peşəkarlığına heyran olmamaq mümkün deyil. Onların qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Terrorçu ölkənin hərbi birləşmələri 44 günün içində darmadağın edildi. Bununla da, Ermənistan hakimiyyətinin erməni ictimaiyyətində “qalib ordu” obrazı sırımaq cəhdləri iflasa uğradı.
Ali Baş Komandanın dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası Paşinyanla yanaşı, erməni faşizmini də iflasa uğratdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı öz sözünü dedi. Lakin bu 44 günlük savaşda ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu idi. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun.
Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu gün də o anların təəssüratlarını bölüşür, illərdir çəkilən torpaq həsrətinə 44 gündə son qoyulmasının sevincini yaşayır. 44 gündə  Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun və digər işğal altında olan rayonlarımızın  ümumilikdə  300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. “Dəmir yumruq” Vətən müharibəsinin devizinə çevrildi.  «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən, bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbəni vurdu və təsdiqlədi ki,  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 44 günlük İkinci Qarabağ savaşı Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 


Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər

Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsidir. Azıx mağarası dünyanın ilk insan yaşayış məskənlərindən  biridir. Uzun illər  erməni silahlı qüvvələrinin nəzarəti altında olan və Azərbaycana məxsus Azıx mağarasında ermənilər ağlagəlməz əməllər törədiblər.
Burada uzun illər erməni arxeoloqları və onların tutduqları  muzdlu arxeoloqlar tərəfindən qanunsuz qazıntı işləri həyata keçirilib. Ermənilər Azıx mağarasında uzun illər qanunsuz fitnəkarlıqla məşğul olmuşdur. Bu azmış kimi, 300-350 min il bundan əvvəl yaşamış Azərbaycan insanlarının izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri  Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilmiş və  çox təəssüf ki, bu məsələdə Azərbaycanı sevməyən qüvvələr də yaxından iştirak etmişdir.
Məlumdur ki, ermənilər yalnız Azıx mağarasında deyil, işğal altında olan digər abidələrimizdə də analoji saxtakarlıq işləri həyata keçirmiş, qanunsuz qazıntılar aparmışlar.
Azərbaycan tarixinin əsas abidələrindən olan və qədim insanlarımızın yaşadığı Azıx mağarası Cənubi Qafqazın, eləcə də dünyanın ən qədim  insan  yaşayış məskənlərindən biri, Azərbaycan xalqının tarixi keçmişinin əyani göstəricisidir.
Azərbaycan xalqının mədəni irsinin uzun illər boyunca ermənilər tərəfindən “Gəldim, gördüm,… mənimsədim” sxemi üzrə mənimsənilməsi onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlı olmuşdur. Gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının “əsaslandırılmasını” həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi üçün əllərindən gələni etmişdir.
Nəinki Azərbaycan tarixi üçün, həm də bütün dünya mədəni irsi üçün böyük əhəmiyyətə malik olan Azıx mağarası artıq Azərbaycan ordusunun nəzarətindədir və işğaldan azad edilmiş bütün torpaqlarımız kimi Azıx mağarası da yenidən tədqiq olunacaq və mənfur düşmənin bütün işləri torpağımızdan silinəcək.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Qələbən, Zəfərin mübarək, Azərbaycan!

Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 2020-ci ilin oktyabrında Füzuli rayonu Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Bununla da 27 illik həsrətə  son qoyuldu. İşğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə Füzuli Ağdamdan sonra ikinci ən böyük rayondur. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir.
Müharibə dövründən ağır itkilərlə çıxan Füzulinin görkəmi tamamilə dəyişib, yenilənib. Görülən məqsədyönlü tədbirlər nəticəsində müharibənin ağır fəsadları demək olar ki, tamamilə aradan qaldırılıb. Rayonun ən ucqar kəndlərində belə infrastrukturun yenilənməsi, yeni salınmış qəsəbələrin qaz, işıq, su ilə təmin olunması, qəsəbə və kəndlərə yüksək keyfiyyətli yeni yolların salınması əhali tərəfindən razılıqla qarşılanır. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Mümkünsüzü mümkün etmiş Azərbaycan Ordusu Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 14-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuliyə səfəri zamanı Əhmədbəyli-Füzuli – Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoymuşdu. Füzuli Aeroportu regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir. Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Eniş-uçuş zolağı artıq hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib.  Füzuli rayonunda   irimiqyaslı layihələrin icrası uğurla həyata keçirilməkdədir. Torpaqlarımızın azad edilməsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlət başçımız cənab İlham Əliyevin  bu bölgələrə səfərlər etməsi və qətiyyətli çıxışları, aparılacaq tikinti-quruculuq işlərinə nüfuzlu şirkətlərin cəlb olunması, regional  xarakterli layihələrin icrasına başlanması yeni azad edilmiş bölgələrimizin gələcək inkişafından, xalqımızın rifahının daha da yüksələcəyindən  xəbər verir. Həyata keçirilən infrastruktur layihələr rayonun iqtisadi gücünü və srtrateji əhəmiyyətini artıracaq, əhalinin işlə təminatına şərait yaradacaqdır.
Ali Baş Komandanımız başda olmaqla, Füzuli fatehlərinin hər birinə borcluyuq, hər birinə minnətdarıq, onların borcundan heç vaxt çıxa bilmərik. Füzuli uğrunda hər iki savaşda-Birinci və İkinci Qarabağ Savaşında Şəhid olanların ruhları qarşısında baş əyirik, Qazilərimizə, Yaralılarımıza isə Allahdan şəfa diləyirik. Bu gün onların sayəsində artıq işğal tarixləri, işğal günləri yoxdur. Onları Qələbə, Zəfər günləri əvəzləyir. Qələbən, Zəfərin mübarək, Azərbaycan!

Nemət Həşimov-Vətən müharibəsi iştirakçısı

Comment here