MANŞETÜSTÜ

İmişlidə iki ayağı da olmayan 1-ci qrup əlil 2 azyaşlı övladı ilə küçələrdə gecələyir – Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi (Video)

İmişli Rayon Xubyarlı kənd sakini, 1-ci qrup əlil  Cəfərov Faiq Xeyrulla oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

FAKTTV Avropa.infoa istinadən xəbər verir ki, 2016-cı ildə zəlzələ zamanı 1-ci qrup əlil Cəfərov Faiq Xeyrulla oğlunun İmişli Rayonu Xubyarlı kəndində yaşadığı evi ciddi ziyan dəyib və ev uçma təhlükəsindədir.

“Mən Cəfərov Faiq Xeyrulla oğlu, birinci qrup əliləm və iki ayağım yoxdur. Bu uçma təhlükəsi olan evdə iki körpə uşaqla yaşaya bilmirəm. Evin uçma təhlükəsi çox olduğundan gecələri qohum-qonşularda gecələyirik. İmişli icra hakimiyyətində fərdi evlərin tikintisi və təmir-bərpa işləri üçün vətəndaşlara tikinti materialları yardımı göstərilməsi üçün vəsait ayrılmadığından mənə köməklik göstərə bilmirlər.

Ona görə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirəm ki, məni iki körpə ilə küçələrdə yaşamaqdan xilas etsin. Mehriban xanım, bu qış günündə mənə bir-iki otaq ev  tikilməsinə köməklik göstərin”, – deyə Faiq Cəfərov qeyd edib.

Comment here