CəmiyyətMANŞETÜSTÜ

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi – Foto

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi – Foto

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi – Foto

Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.

Fakttv.com bildirir ki, ölkə.az-ın hadisə yerindən verdiyi məlumata görə, 160 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı “Lada” markalı avtomobillə toqquşub.

Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu, son bir həftə ərzində 160 saylı marşurut tərəfindən törədilən ikinci qəza hadisəsidir.

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi - FOTO

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi - FOTO

Comment here