DünyaMANŞETÜSTÜ

Əsgərlərini “yeyən” ordu – Ermənistan ordusunda ölüm statistikası

Əsgərlərini “yeyən” ordu – Ermənistan ordusunda ölüm statistikası

Əsgərlərini “yeyən” ordu – Ermənistan ordusunda ölüm statistikası

2018-ci ilin yanvar-sentyabr aylarında Ermənistan silahlı qüvvələrində 44 ölüm hadisəsi qeydə alınıb.

Fakttv.com virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən hazırlanan məlumatda qeyd olunur. Həmin məlumatlar mediadan, rəsmi mənbələrdən, bəzi hallarda isə ölən əsgərlərin yaxınlarından əldə edilib.

Hüquq təşkilatının məlumatında qeyd olunan rəqəmlərin yalnız 34-ü mətbuatdan və ya rəsmi mənbələrdən toplanıb. 34 faktın 27-si xidmətlə əlaqəli olsa da, 7-sinin əlaqəli olmadığı göstərilir. 10 hadisənin isə hərbi xidmətlə bağlı olub olmaması haqqında ümumiyyətlə, heç bir məlumat yoxdur.

Hesabatda həmçinin yalnız 40 ölüm faktının baş verdiyi coğrafi ərazi göstərilib. Araşdırmaya görə, 21 fakt Dağlıq Qarabağda (47%) və 19 fakt isə Ermənistanın ərazisində (43%) baş verib.

Vanadzor ofisindən verilən məlumatda o da qeyd olunur ki, 2018-ci ildə keçən illə müqayisədə atəşkəsin pozulması və qətl hadisələri nəticəsində ölənlərin sayı 1 nəfər azalıb. Lakin sağlamlıqla bağlı problemlərinə görə ölümlərin sayı isə 40 faizdən çox artıb ki, bunların da əksəriyyətini qəzalar təşkil edir.

Əsgər ölümləri ilə bağlı yalnız 31 fakt üzrə cinayət işi başlanıb.

Comment here