DünyaManşetMANŞETÜSTÜ

Əsəd rejimi hərbçiləri ilə PKK terrorçuları arasında atışma – 18 nəfər öldü

Əsəd rejimi hərbçiləri ilə PKK terrorçuları arasında atışma – 18 nəfər öldü

Əsəd rejimi hərbçiləri ilə PKK terrorçuları arasında atışma – 18 nəfər öldü

Suriyada Əsəd rejiminin qoşunları ilə PKK terrorçuları arasında atışma baş verib və nəticədə xeyli sayda hərbçi ölüb.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, atışma Suriyanın Hesekedə PKK terror təşkilatının YPG qolu ilə Əsəd qoşunları arasında baş verib.

Atışma zamanı Əsəd rejiminə bağlı olan hərbçilərdən 11, PKK/YPG terror təşkilatından isə 7 terrorçusu ölüb. Atışma ilə bağlı Əsəd rejimindən sərt reaksiya verilib. Əsəd rejiminin nümayəndələri bəyan edib ki, 11 hərbçinin qisası alınacaq.

PKK/YPG Əsəd rejimindən baş verən olayla bağlı üzr istəsə də, üzr rədd edilib və onların dərsinin veriləcəyi bildirilib.

Qeyd edək ki, son dövrlərdə Əsəd rejimi ilə PKK/YPG arasında münasibətlər yenidən kəskinləşib. Əsəd YPG nəzarətində olan əraziləri geri almaq istəyir.

 

Comment here