ManşetMANŞETÜSTÜ

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Bu barədə Avropa.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iyulun 10-da reallaşcaq.

24 iyunda Türkiyədə keçirilən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğan iyulun 9-da keçirləcək inaqurasiya mərasimindən sonra ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr türk Cümhuriyyətinə və Azərbaycana edəcək. Türkiyə prezidenti iyulun 10-da səhər saatlarında Şimali Kipr Türk Cümhiriyyətinə, günün ikinci yarısında isə Azərbayana səfər edəcək.

Səfirlikdən bildirilib ki, Ərdoğanın Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək. Görüşün yekunu olaraq hər iki ölkə liderin mətbuata bəyantla çıxış edəcək və sualları cavablandıracaq. Görüşün yekunu olaraq iki ölkə arasında bir sıra sənədlərin də imzalanması nəzərdə tutulub.

Türkiyə prezidenti elə həmin gün gecə Bakıdan NATO dövlət başçılarının sammitində iştirak etmək Brüsselə yola düşəcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

 

Comment here