DünyaManşetMANŞETÜSTÜ

Ərdoğandan fransız jurnalistə sillə kimi cavab

Ərdoğandan fransız jurnalistə sillə kimi cavab

Ərdoğandan fransız jurnalistə sillə kimi cavabParisdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra mətbuat konfransında sualları cavablandırıb.

Konfransda fransız jurnalist Ərdoğana Türkiyənin 2013-2014-cü illərdə Suriyaya silah göndərdiyi barədə sual verib.

Buna əsəbiləşən Ərdoğan jurnalistin sözünü yarımçıq kəsib və ona sərt cavab verib:

“Sən FETÖ-cü kimi danışırsan. Üçüncü şəxslərin adından danışmamağı öyrən. Sən jurnalistsənsə ABŞ-ın Suriyaya göndərdiyi 4000 min TIR dolusu silahdan niyə yazmırsan? Bunları da öyrənsəydin, araşdırsaydın. Sual verərkən həssas olun. Qarşınızda bunu da “udacaq” biri yoxdur”./qafqazinfo

Comment here