ManşetMANŞETÜSTÜ

Ərdoğandan Baxçəlinin erkən seçki təklifinə cavab – “Sabah görüşəcəyik…

Ərdoğandan Baxçəlinin erkən seçki təklifinə cavab – “Sabah görüşəcəyik…”

Ərdoğandan Baxçəlinin erkən seçki təklifinə cavab – “Sabah görüşəcəyik…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçəlinin erkən seçki təklifinə münasibət bildirib.

Avropa.info xəbər verir ki, Ərdoğan təklifi Baxçəli ilə müzakirə edəcəyini deyib.

“Sabah onunla görüşüb, məsələni müzakirə edəcəyik”- Ərdoğan belə deyib.

Xatırladaq ki, MHP sədri seçkilərin bu ilin avqustun 26-da keçirilməsini təklif edib.

Dövlət Baxçalı prezident və parlament seçkilərinin gələn il deyil, bu ilin avqustun 26-da keçirilməsinin vacibliyini vurğulayıb:

“Türkiyənin 3 noyabr 2019-cu ilə qədər səbrlə dayanması mümkün deyil. Ölkənin sistem müzakirələri ilə boğulmaq istənildiyi bugünkü şərtlər altında sabitliyə və tarazlığa çatması çətindir”.

Paylaş:Fakttv.com

Comment here