DünyaMANŞETÜSTÜ

Ərdoğandan ABŞ-a ittiham: “Verdiyi sözə əməl etmədi”

Ərdoğandan ABŞ-a ittiham: “Verdiyi sözə əməl etmədi”

Ərdoğandan ABŞ-a ittiham: “Verdiyi sözə əməl etmədi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Mənbiç məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

Fakttv.com Avropa.info- a istinadən xəbər verir ki, Türkiyə prezidenti deyib ki, ABŞ kürd yaraqlılarının çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Qeyd edək ki, Ankara və Vaşinqton Mənbiçlə bağlı yol xəritəsini müəyyən edərək, YPG/PYD və İŞİD terrorçularının şəhərdən çıxarılması barədə razılığa gəlib. Türkiyə hərbçiləri bu ilin iyun ayından etibarən patrul xidməti həyata keçirməyə başlayıb.

Ərdoğan deyib ki, ABŞ Mənbiçlə bağlı yol xəritəsinə uyğun olaraq nəzərdə tutulan təqvim planını yerinə yetirməyib: “YPG bölgəni tərk etməyib. ABŞ verdiyi sözə əməl etmədi”.

 

Comment here