DünyaManşetMANŞETÜSTÜ

Ərdoğana qarşı daha bir plan deşifrə oldu : CHP, SP, İYİ partiya və hətta Gülü idarə edən “kuryer” ləqəbli Tayyibə Gülək kimdir?

Ərdoğana qarşı daha bir plan deşifrə oldu : CHP, SP, İYİ partiya və hətta Gülü idarə edən “kuryer” ləqəbli Tayyibə Gülək kimdir?

Ərdoğana qarşı daha bir plan deşifrə oldu : CHP, SP, İYİ partiya və hətta Gülü idarə edən “kuryer” ləqəbli Tayyibə Gülək kimdir?

Türkiyənin “Yeni Akit” qəzetinin məşhur yazarı Abdurrahman Dilipak ölkədə keçriləcək prezident seçkisi əfərəsində müxalifət cəbhəsində baş verən hadisələri əks etdirən yazı qələmə alıb.

Avropa.info həmin məqaləni oxucularına təqdim edir:

Sosial şəbəkədə bir mesaj dolaşır: Səadət Partiyası Recai Kutan dövründə xəstələndi, Kamalak dövründə komaya girdi, Karamollaoğlu dövründə bitki həyatı yaşamağa başladı. İyunun sonunda gözlənilən son!

Nəticəni Ramazandan sonra görəcəyik. Amma Səadət Partiyasının siyasi qrafiki ortadadır. Mənə qalsa son həmləsi sədrlik etdiyi siyasi hərəkatın sonu ola bilər.

Mənə maraqlı gələn Karamollaoğlunun ittifaq məsələsində AKP-dən tələb etdiklərini CHP-dən tələb edib-etmədiyidir. Ərdoğana az qala ittifaq üçün partiyanı bizə verin, siz kənara çəkilin deyirdi.

Karamollaoğlu ilə bağlı maraqlı gələn digər məsələ 28 fevral hadisələrində uşaqlarının necə Qalxancı təriqətinin öndə gedən adamlarından olması idi, amma Təməl bəy o mövzuda heç bir açıqlama vermədi.

Картинки по запросу Karamollaoğlu

Təməl Karamollaoğlu

Bu ittifaq məsələsinin pərdəarxasını da Təməl Karamollaoğlunun ağzından heç bir zaman öyrənə bilməyəcəyik. Baxaq görək, kimsə partiya içindən çıxıb danışırsa, öyrənərik.

Amma CHP-SP dialoqunun bu gün başlamadığını, son seçkidə ittifaqın birbaşa dirəyə dəyib qayıtdığını xatırladaq. CHP Fatih Ərbakanı öz siyahısında görmək istəyincə, bazarlıq uzun çəkdi və tam baş tutarkən olmadı. Yəni bugünkü ittifaqın kökləri dünənə gedir.

Əcaba, CHP nə istədi də, SP “yox” dedi. Son dərəcə bir-birinə uyğun hərəkət edirlər. Yəni SP son zamanlarda çox fərqli bir yola daxil oldu. Düşünə bilirsiniz, 28 fevral məhkəmə prosesində (mərhum Nəciməddin Ərbakana qarşı baş vermiş dövlət çevrilişinin məhkəməsi nəzərdə tutulur: avropa.info)  iştirak etmədilər, iddiaçı belə olmadılar. Şövkət Kazan “Qəhrəman ordumuzla aramızda bir ziddiyyət yoxdur” dedi. Yəni SP budur! Dünən BÇG ilə ixtilafı olmayan SP, bu gün də FETÖ ilə müvafiq addımlayan yeni CHP ilə son dərəcə uyğun hərəkət edir.

23 apreldə CHP-lilərin “Osmanlı” haqqında dediklərinə SP-dən etiraz gəldimi?

Bu ittifaq Ecevitin Günəş Motelindən daha qaranlıqdır. “Ritz Carlton” ilə başlasa da, yenə ortaya çıxan məlumatlar çərçivəsində başqa məkanlarda, başqa görüşlər də var.

CHP lideri Kılıçdaroğlu Meral Akşener ilə əvvəlcə Tayyibə Güləkin evində 21 aprel günündə Avcılar Hiltonda görüşdülər. İttifaq qərarı ilə bağlı bu prosesdə atılacaq addımlarla bağlı ssenarilər müzakirə olundu, 15 CHP-li vəkil İyi Partiyaya verildi. Təbii CHP-nin “quğuşun əsgərləri”ndən səs yoxdur. Dünən BÇG sırasında döyüşənlər, bu gün FETÖ-nün sırasına keçərkən “nə oluruq” dedilər. Kılıçdaroğluna görə, isə “dünən dünəndir, bu gün isə bu gün”.

Bəli, “siyasətdə 12 saat belə çox uzun müddətdir”. 12 martda Turxan Feyzioğlu Baş Qərargahdan Prezident Aparatına çatana qədər yarım saata “baş nazir” dəyişmişdi.

Güləni başa düşmək üçün adamı yaxşı tanımaq lazımdır. Qasım Gülək, general Fuad Doğu və DİB müavini Yaşar Tunagür. Tayyibə Gülək Qasım Güləkin qızıdır. Mən Qasım Güləklə 1970-ci illərdə tanış olmuşam. Bu yeni ittifaqın arxasındakı “kuryer”in Tayyibə Gülək olduğu iddia edilir. Tayyibə ABD-də böyüdü. Atasının qızıdır. Xalası Aylin Raomisli ABŞ ordusunda xidmət edən zabit idi.

Картинки по запросу Tayyibe Gülek

Tayyibə Gülək

Kılıçdaroğlu mətbuatı aldatmaq üçün “Hilton” deyil, “Ramada” hoteldə görüşəcəkmiş kimi bir xəbər yayıb, hər kəs “Ramada”ya gedəndə o, “Hilton”un yolunu tutmuşdu.

Qasım Gülək Nilüfər Güləkin qızı Tayyibəni Nilüfər Güləkin bacısı Aylin Devriməl və arvadı Mişel Radomisli 9 yaşında Nyu-Yorkda himayəyə götürdü. Ayrıca Tayyibə xalası Aylinin varisidir. Aylin Radomisli 1995-ci ildə şübhəli bir qəza nəticəsində öldü. Ayşə Kulinin “Aylin” adlı kitabındakı baş qəhrəman Aylin Devrimel Radomislidir.

Tayyibə Gülək 1999-cu ildə DSP-dən Adana millət vəkili olaraq parlamentə girdi. 2002-ci ildə nazir oldu. 2011-ci ildə DSP-ni tərk etdi.

Qasım Güləkin arvadı  Nilüfər Gülək bir FETO heyranı idi. Bəylikdüzündəki 7 hektarlıq ərazini Fateh Universitetinə bağışladı. Amerikada vəfat edən Kasım Güləkin 22 yanvar 1996-cı ildə Ankara Kocatəpə məscidində cənazə namazını qıldı. Güləklə Gülən arasındakı münasibət 1960-cı illərin başında ölənə qədər davam etdi. İndi bu vəzifəni “ailədən biri” davam etdirir. Nəticə olaraq “ibadət etdikləri loja” eynidir.

Bunlar məlumdur da, Karamollaoğlu və Gül bu tabloda harada dayanır? Bu rol onlara yaraşırmı? Cavabı axtarılan sual budur.

Gülək bu gün yenidən fəaliyyətdədir. Ətrafındakı adlar isə Kılıçdaroğlu, Gül, Karamollaoğlu, Akşener. Bəlkə sabah buna başqaları da qoşular. “Kuryer” nə xəbər, nə təlimat gətirərsə, qurğuşun əsgərlər ona görə mövqelərini dəyişdirəcəklər.

Gülənin “səf”ləri bəlkə işin fərqində deyillər, amma CHP-nin Gülən ilə münasibətinin kökləri 60-cı il hərbi çevrilişinə qədər gedir. Əlbəttə, bu işin Güləndən əvvəli də var. Gülənlə birlikdə olmaları 1962-ci illərə gedib çıxır. Marksist PYD-nin qərargahındakı Amerika bayrağı kimi CHP qərargahında FETÖ bayrağı hər zaman məxfi kassalarda mövcuddur. Bunlar “soyuq müharibə” taktikalarıdır. Bu işin içində sadəcə FETÖ yoxdur. Hər yerdə varlar. Şeytan hər fürsətdə özünə yer tapmağa çalışır. Bütün hərbi çevrilişçilər şeytanın könüllü əsgərləridir.

Bu seçki kampaniyası şeytanların bağlandığı bir vaxta düşür. Bu mənada bəzilərinin işləri bir az çətindir.

Kılıçdaroğlunun həvəskarlığı, ağlı, zəka səviyyəsi görək bu işdə başına nə işlər açacaq.

Kılıçdaroğlunu bir tərəfə qoyun da, CHP-yə baxın, CHP-nin ağıllılarına baxın. Bundan o tərəfə CHP-yə məcbur və məhkum ABŞ və qərbin halına baxın. Bələdçisi CHP olan bu “şərikliyə” baxın!

Baxın, dünən İŞİD-i PYD-ni dizayn edirsə, bu gün də bu “ittifaq”ı onlar dizayn edirlər.

Dünən bu kadrlar AKP-ni dizayn etməyə çalışırdılar. Ərdoğana siyasət qadağası qoyanlar bunlar idi. BOP bunların işi idi. Ərdoğan “one minute” dediyi gün bu işin olmayacağı məlum oldu. “Mavi Mərmərə” bir qırılma nöqtəsi idi. Ərdoğanı məğlub edə bilmədilər, indi başqa planların arxasınca düşüblər. İçimizdən birilərini yanlarında apararaq yollarına davam etməyə çalışırlar.

15 iyul hərbi çevrilişinin arxasında kimlər varsa, bugünkü bu oyunun arxasında da onlar var. FETO var açığını desək. MKİ (CİA) var, MOSSAD var.

FETÖ-nü gözünüzə çox yaxınlaşdırsanız arxasında bir meşəni gizlədə bilərsiniz.

O dərin təşkilatlanmanın kadrları arasında İŞİD də var, PYD də, təriqət də, partiya da, vəqf də, dərnək də, həmkarlar da. Salam və dua ilə.

Avropa.info

Comment here