ManşetMANŞETÜSTÜ

Ərdoğan Zakir Həsənovu qəbul etdi

Ərdoğan Zakir Həsənovu qəbul etdi

Ərdoğan Zakir Həsənovu qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Avropa.info xəbər verir ki, Türkiyə prezidentinin rəsmi saytında yer alan məlumata görə, görüş yerli vaxtla saat 12:00-da baş tutub.

Qeyd edək ki, martın 28-də Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Comment here