DünyaManşetMANŞETÜSTÜ

Ərdoğan anonsunu verdi: Rusiya Türkiyə ilə birgə ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçularına qarşı əməliyyata başlaya bilər

Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PKK /PYD/YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.

Fakttv.com Avropa.info-a istinadən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər.

Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi:

“Türkiyə və Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya əsasən, PYD və YPG bölmələri 90 gün ərzində Mənbicdən çıxmalı idi, lakin bu baş vermədi”.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə, Rusiya və İranın birgə səyləri artıq Suriyada öz müsbət nəticəsini verir.

Comment here