Sosial

“Əmək pensiyası” müzakirə yaratdı: Aydın qeyd edin!

“Normativ hüququ aktlar” kaqqında Konstitusiya qanunun 48 maddəsində qanunvericilik təşəbbüslə çıxış edən subyekt təklif etdiyi qanun layihəsinin əsaslandırmasını təmin etməlidir.

Huquqaz.com xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisə ikinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanun layihəsi barədə çıxış edərkən deyib.

Deputat əlavə edib ki, qanun layihəsini təqdim edən subyekt onun əsaslandırmasını qeyd formasında təqdim edib:

“Ancaq əsasandırma ilə təqdim edilən qeyd arasında fərq var. Söhbət 6 aylıq müddətdən gedir. Mən təklif edirəm ki, qanun layihəsində açıq yazılsın ki, aylıq müddət nəzərə alınır”.

Q.Həsənquliyev daha sonra deyib ki, son zamanlar daxil olan qanunlarda cərimə və rüsumlar artırılması müşahidə olunur:

”Sanki yük vətəndaşların üzərinə qoyulur. Əslində mən əvvəllər də qeyd etmişəm ki, vətəndaşlar vergi ödəyirlər”.

Komitə sədri Musa Quliyev isə bildirib ki, Qüdrət Həsənquliyev qanunun arayışı ilə qanun layihəsini müqayisə edib:

“Nəzərə çatdırım ki, bu qanun dəyişdikdən sonra pensiya haqqında qanun layihəsi dəyişəcək”.

Musa Quliyev eyni zamanda Q.Həsənquliyevin sonuncu fikri ilə razılaşaraq bildirib ki, onun özü də qanun layihələrində vətəndaş üçün aydın olan ifadələrin seçilməsinin tərəfdarıdır.

Comment here