ManşetMANŞETÜSTÜ

Əli Həsənov prezident seçkilərindən danışdı

Əli Həsənov prezident seçkilərindən danışdı

Əli Həsənov prezident seçkilərindən danışdıAzərbaycan dövlətinin media siyasətini iflasa uğradıqlarını qeyd edirlər. Bu, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlərin çıxışlarıdır. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Biz hər kəslə açıq dialoqa açığıq.
Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov KİV əməkdaşlarına mənzillərinin açarlarının təqdimetmə mərasimində deyib.
Onun sözlərinə görə, qrant alan medianın nümayəndələri Avropada yığışaraq ” Non -tap” aksiyası həyata keçirmək istəyirlər:” Yəni, TAP layihəsinə etiraz edirlər. Belə jurnalistlərin mövcudluğu inkişaf göstəricisidirsə, bizə belə inkişaf lazım deyil. Azərbaycan jurnalistikanın təməli möhkəm qoyulub
Media ilk növbədə maarifləndirməlidir, media dövlətinə, xalqına milli mənəvi məhəbbət aşılamalıdır”.

O vurğulayıb ki,
Heydər Əliyev senzuranı ləğv edib:” Azərbaycanda media siyasəti iflasa uğradığını deyənlər baxsınlar ki, mətbuat üzərində təzyiq varm?! Bu gün Azərbaycan dövləti sizə yardım edir. Azərbaycan dövləti sizə mənzil tikir, siz bu mənzili alada bilərsiniz, almaya da. Biz sizə nə vaxt demişdik ki bizim istədiyimiz jurnalistika ilə məşğul olasınız. İlham Əliyev hakimiyyətə gəldiyi gündən Heydər Əliyev siyasətini davam etdirir”.

PA rəsmisi vurğulayıb ki, dövlət və vətəndaş marağı İlham Əliyev üçün ilk sırada dayanır.
Bu il bizim üçün önəmli il olacaq. Qarşıda bizi prezident seçkiləri gözləyir.

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov KİV əməkdaşlarına mənzillərinin açarlarının təqdimetmə mərasimində deyib.
O bildirib ki, bu zalda oturanların hamısı Prezident İlham Əliyevin dostlarıdır: ” Mən “Prezidentin dostları” səhifəsində sizin Prezident İlham Əliyev ilə bağlı fikirlərinizi oxuyuram. Həmin fikirlər çox səmimidir. Əminəm ki, bu ilki prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyevə səs verəcəksiniz” .
PA rəsmisi vurğulayıb ki, Azərbaycan cəmiyyətinin ən şüurlu təbəqəsi jurnalistlərdir:” Jurnalist ictimai həyat normalarını təbliğ edir”.

Aysel

Comment here