DünyaManşetMANŞETÜSTÜ

Əhali Ermənistandan qaçır – Bir milyondan artıq erməni ölkəni tərk edib

Əhali Ermənistandan qaçır – Bir milyondan artıq erməni ölkəni tərk edib

Əhali Ermənistandan qaçır – Bir milyondan artıq erməni ölkəni tərk edib

Ermənistanda sosial şəbəkələrdə və mediada son 3 prezidentin hakimiyyəti dövründə nə qədər insanın ölkəni tərk etməsinin qızğın müzakirəsi gedir.

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövründə Ermənistanı 1 milyon 22 mindən artıq insanın köçüb.

Erməni cəmiyyəti hər üç prezidentin hakimiyyəti dövrünü kəskin tənqid edərək, ölkəni fəlakətə sürükləməkdə və məhv etməkdə ittiham ediblər.

Erməni mediasının verdiyi xəbərə görə, birinci prezidentin hakimiyyəti dövründə ölkəni 586 min, ikincinin dövründə 129 min, Serj Sərkisyan dövründə isə 307 min insan ölkəni tərk edib. Sosial şəbəkələrdə bu rəqəmin göstərildiyindən daha çox olduğunu yazır. Sosial şəbəkə istifadəçiləri bunun rəsmi qaydada etiraf olunanı hesab edir.

Sosial şəbəkə istifadəçiləri real olaraq bu sayın 2 milyona yaxın və ondan artıq olduğunu iddia edir. Bu isə ölkə əhalisinin yarısı deməkdir.

Erməni sosial şəbəkə istifadəçiləri ölkədən miqrasiya prosesinin sürətlə davam etməsini demoqrafik fəlakət hesab edərək, yaxın gələcəkdə ölkə əhalisinin bir milyondan az olacağı ilə bağlı fikirlərini də dilə gətiriblər.

Comment here